Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Paşinyanın mövqeyi hər zaman şaxələndirici siyasət üzərindən olub
Fərəc Quliyev:Paşinyanın mövqeyi hər zaman şaxələndirici siyasət üzərindən olub |
Fərəc Quliyev: “Qərbin verdiyi vədlərin real olaraq həyata keçməsini gözləmək, Rusiyanın ata biləcəyi addımların qarşısını almaq istəyir”
Ermənistan Baş naziri Nikol Paşinyan dekabrın sonunda Sankt-Peterburqda keçiriləcək Avrasiya İqtisadi Birliyinin(Aİİ) sammitinə qoşulmaq qərarı verib. Hələ ki, bununla bağlı Ermənistan tərəfinin rəsmi bəyanatı olmasa da, Vladimir Putinin köməkçisi Yuri Uşakov mətbuata açıqlamasında bu məlumatı təsdiqləyib. Uşakov artıq Paşinyanın səfərilə bağlı “İrəvandan siqnal aldıqlarını” deyib. Buna qədər xeyli vaxtdır istər Paşinyanın özü, istər onun komandasının XİN başçısı, Müdafiə naziri, parlament sədri və digər yüksək vəzifəli təmsilçiləri Moskvanın patronajlıq etdiyi bütün tədbirlərdə iştirakdan nümayişkaranə şəkildə yayınırdılar. Buarya həm KTMT hərbi blokunun, həm də MDB səviyyəsində keçirilən görüşlər, sammitlər daxildir. Ola bilərmi ki, Qərb verdiyi vəsləri yerinə yetirmədiyi üçün Paşinyan yenidən Moskvaya doğru yönəlir, yoxsa bunun başqa səbəbi var? Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Paşinyanın mövqeyi hər zaman şaxələndirici siyasət üzərindən olub: “Həm Qərblə, həm Rusiya ilə müəyyən qədər oynamağa çalışıb. Amma, son vaxtlar məlum oldu ki, Qərb birmənalı şəkildə Ermənistanla danışıqlardadı, Erməmistan da Qərblə razılaşıb. Tədricən Rusiyanı ərazisindən çıxarmaq, özünün də Rusiyanın orbitindən çıxmasını təmin etmək istəyir. Paşinyan dekabr ayının 29 - u getməlidir tədbirə və xeyli vaxt var. Paşinyanın bugünki bəyanatı, onların Avrasiya iqtisadi tədbirində iştirakı məsələsi hələki sözdür. Mən düşünürəm ki, bu, avans siyasətidir, avans almaq istəyir. Ən azından bir ay müddətinə Rusiyanı arxayın salmaq, Ermənistana qarşı onun daxilində Rusiyanın hazırladığı nəsə varsa onun qarşısını almaq məqsədi açıq aydın görünür. Həmçinin enerji məsələsi, qazın qiymətləri ilə bağlı Rusiyanın güzəştinə nail olmaq istəyir. Bilirsiz ki, Ermənistanın Rusiyaya yeganə çıxış yolu olam Gürcüstan yolu bağlanıb. Bu da süni bağlantıya bənzəyir. Bu bir ay ərzində Qərbdən umduğu istəklərin də reallaşmasını istəyir. ABŞ 23 paket adı altında Ermənistana yardım təklifləri verəndə, onun kirəsi ilə maye qaz, neft təminatı haqqında düşünürdü və atom elektrik stansiyasının səhmana salınmasının vədlərini verirdi, müəyyən maliyyə qaynaqları, ordusunun islahatı kimi işlər görürdü. Bunların hamısı guya Azərbaycanın Ermənistana qarşı hansısa tədbirlərinin qarşısını almaq kimi görünsə də, məqsəd maliyyə yardımı ilə Ermənistanı Rusiyadan iqtisadi asılılıqdan çıxarmaq idi. Ordusunda islahatlar adı altında müəyyən işlər görüb, Ermənistanda olan rus silahlı qüvvələrin, revanşistlərin çevriliş cəhdlərinə qarşı daha kompakt, hazırlıqlı qüvvəni ortaya qoymaq məqsədi ortadadır. Ermənistanın guya blokadada olduğu üçün enerji resurslarını təmin etmək düşüncəsi əslində Rusiyanın nə vaxtsa bu resursları kəsə biləcəyinə qarşı bir addım idi. Bilirsiz ki, bir müddət əvvəl Ermənistan nümayəndələri bildirdilər ki, Azərbaycanla siyasi münasibət sahmana düşərsə, biz enerji asılılığı məsələsində Azərbaycanla danışa bilərik. İrana, Rusiyaya belə güvənmədilər. İrana güvənməmə səbəbləri isə, Amerikanın Ermənistanla təlimlərindən sonra İranın mövqeyindən ehtiyat etmələri oldu. Yəni, bütün bunlar Ermənistana verilən vədlərdir. Ermənistan isə hələ heç nəyi reallaşdırmayıb. Ermənistan gözləyir ki, qısa müddət ərzində ona verilən vədlər reallaşsın. Belə olduğu halda o, Avrasiya İqtisadi Birliyinin sammitinə getməyə bilər. O mənada bir vaxt qazanmaq, Qərbin verdiyi vədlərin real olaraq həyata keçməsini gözləmək, Rusiyanın ata biləcəyi addımların qarşısını almaq istəyir. Ancaq, gedəcək olsa belə, Ermənistanın o sammitdə iştirak etməyi heç nəyi dəyişmir. Proseslərdə iştirak etməyəcəyi təqdirdə, Qərbdən üz döndərmiş hesab olunmur. Mən düşünürəm ki, Qərb verdiyi vədləri yerinə yetmədiyi üçün deyil, avans siyasətini güdərək Paşinyan bu addımı ata bilər”. Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com Geri dön |