Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Bu məhsullar gömrük rüsumundan azad ediləcək
Bu məhsullar gömrük rüsumundan azad ediləcək |
Azərbaycana müdafiə təyinatlı məmulatların istehsalı üçün gətirilən avadanlıqlar, humanitar yardım kimi gətirilən mallar, ixrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar avadanlıqlar gömrük rüsumundan azad ediləcək.
Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən “Gömrük tarifi haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb. Həmçinin, dəyişikliyə əsasən, ölkəyə idxal edilən qızıl əşyalarının gömrük rüsumundan azad edilməsi halları müəyyən edilir. Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib. Geri dön |