Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Diaspor > Qahirə Xocalı qətliamını tanıdı
Qahirə Xocalı qətliamını tanıdı |
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) dövlət başçıları “Xocalıya Ədalət” kampaniyasına tam dəstək verdilər. Qahirə Kommunikesi Xocalı qətliamını soyqırım aktı kimi tanıdı.
Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumundan Trend-ə verilən məlumata görə, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) ali orqanı olan və İƏT dövlət başçılarının iştirakı ilə keçirilən İslam Zirvə Konfransının 6-7 fevral, 2013-cü il tarixlərində Misirin paytaxtı Qahirə şəhərində keçirilən 12-ci sessiyası Xocalı faciəsini soyqırım aktı və insanlığa qarşı törədilmiş cinayət kimi tanıyıb. Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Qahirə Sammitində iştirak edən nümayəndəsi Elməddin Mehdiyevdən aldığımız məlumata əsasən sözügedən qərar bu gün öz işini tamamlayan Zirvə Görüşünün Yekun Kommunikesində bütün üzv ölkələrin konsensusu əsasında öz əksini tapıb. İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə Bas Koordinatoru Leyla Əliyeva tərəfindən təsis edilmiş “Xocalıya Ədalət” beynəlxalq kampaniyası sözugedən Kommunikenin “Humanitar Məsələlər” başlığı altında qəbul edilən bəndində 57 ölkənin dövlət başçıları tərəfindən alqışlanıb. Həmin bənddə “1992-ci ilin fevralında Ermənistan Republikası hərbi qüvvələri tərəfindən Xocalıda törədilən qətliam soyqırım və insanlığa qarşı cinayət” adlandırılır. Sözügedən bəndə əsasən, üzv dövlətlər Kampaniyanın fəaliyyətlərində aktiv iştirak etməyə, milli və beynəlxalq səviyyədə bu soyqırım aktının insanlığa qarşı cinayət kimi tanınmasına səy göstərməyə çağırılır. DƏ-İKGF-nin İstanbul ofisinin əməkdaşı Elməddin Mehdiyev sənədin əhəmiyyətini vurğulayaraq bildirib: “2008-ci ilin mayında DƏ-İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru xanım Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlayan Kampaniya Xocalıda baş verənlər haqqında dünya ictimaiyyətini məlumatlandırmaq və hadisəyə dünya ictimaiyyəti tərəfindən hüquqi-siyasi və mənəvi qiymətin verilməsi məqsədini daşıyır. Bu baxımdan, faciənin mühüm beynəlxalq sənədlərdə öz əksini tapması və tanınması kampaniyanın fəaliyyət istiqamətlərindən biri olub”. Bu çərçivədə, DƏ-İKGF-nin apardığı iş nəticəsində Xocalı faciəsi 2012-ci ilin noyabrında Cibutidə keçirilən İƏT Xarici İşlər Nazirləri Şurasının 39-cu Sessiyasında insanlığa qarşı cinayət və soyqırım aktı kimi tanınmışdır. 2013-cü ilin yanvarında Sudanın Paytaxtı Xartum şəhərində keçirilən İƏT Parlamentlər İttifaqı Konfransının 8-ci sessiyası da həmçinin, DƏ-İKGF-nin hazırlamış olduğu qətnamə əsasında faciəni insanlığa qarşı cinayət və soyqırım aktı kimi tanıyıb. “Zirvə görüşündə qərarın qəbul olunması zamanı xususi aktivlik numayiş etdirmiş Azərbaycan XİN nümayəndə heyətinə, eləcə də bizə dəstək vermiş Türkiyə, Misir, Küveyt ve Pakistan heyətlərinə təşəkkürümü bildirmək istərdim” – deyə E.Mehdiyev öz çıxışnda vurgulayıb. O, həmçinin bildirib ki, sözugedən qərar “Xocalıya Ədalət” kampaniyası qarşısında qoyulan məqsədlərə tam nail olmaq üçün üzv ölkələrdə yeni imkanlar açmış və Xocalının tanınma məsələsini müsəlman dünyasının müştərək hədəfinə çevirib. Qeyd edək ki, “Xocalıya Ədalət” beynəlxalq informasiya kampaniyası 2008-ci il, 8 may tarixində, Şuşanın işğalı günü Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyeva tərəfindən irəli sürülüb. Hal-hazırda faciənin mənəvi və siyasi-hüquqi tanınmasına yönəlmiş bu kampaniya dünyanın 35-dən çox ölkəsində uğurla həyata keçirilir. Geri dön |