Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Şirinxanım Kərimbəyli Şadiman: -ÜRƏYİN HÖKMÜYLƏ YAZILAN MƏKTUB ( Xalq yazıçısı Əkrəm Əylisliyə)
Şirinxanım Kərimbəyli Şadiman: -ÜRƏYİN HÖKMÜYLƏ YAZILAN MƏKTUB ( Xalq yazıçısı Əkrəm Əylisliyə) |
Öncədən sizin diqqətinizə yetirim ki, mən şair-publisist Şirinxanım Ağabala qızı Kərimbəyli (Şadiman) heç bir siyasi partiyanın üzvü deyiləm, heç bir təmtəraqlı atributların daşıyıcısı deyiləm, bu yerə qədər yazdığım və çap etdirdiyim yazılarımdan heç bir yerdən qonarar almamışam və buna da ehtiyac duymuram. Çünki vaxtında özümə necə deyərlər gün ağladım ki, qələmdən asılı olmayım. Nəyi istəyirlər yox, nəyi istəyirəm onu yazım. Mənim sizinlə tanışlığım siz «Yazıçı» nəşriyyatında rəhbər işlədiyiniz 1992-ci ilə təsadüf edir. Mənə dedilər ki, sizə kitabımın çapı üçün muraciət edim özümü tematik plana saldırım. Sizinlə mənim aramada bir dəqiqə söhbət oldu, özümü təqdim edib dedim ki, kitab çapı üçün müraciət etmişəm.
Dediniz ki, nədir, şeir ya nəsir? Dedim: Şeir. Dediz: Bizə şeir-meir lazım deyil. O vaxt mən həyəcanla qapını örtüb çıxdım. O zaman indi tarixə çevrilib. Açığını etiraf edim ki, mən sizin, ancaq bir kitabınızı oxumuşam. Haçansa bir əsəriniz əlimə keçmişdi «Gilənar çiəyinin dedikləri»... Siz Azərbaycan ələbiyyatında öz yeri, dəsti xətti olan yazıçısız. Siz özü də tələbkar, özünü daim gündəmdə saxlamağı bacaran, kifayət qədər tanınmış yazıçı… Sizin «Daş yuxular» əsəriniz bu günlər ölkədə böyük səs-küyə səbəb olub, bu reklam baxımından sizin xeyirinizədir, çünki hamı çalışacaq ki, bu kitabı alıb oxusun, vətəndaşlıq baxımından biabırçılıqdır. Bilirsiz niyə əsaslanım bunu yazıram, «Kulis.az» gedən müsahibənizə və «Dayaq» da yayımlanan əsərinizin qısa məzmuna görə… Birinci müsahibədə Lev Tolustoyun «Hacı Murad» əsəri barədə söylədiyiniz fikirdən başlayaq. Əvvala Lev Tolustoy rəhmətlik böyük bir imperiyanın Rusiyanın dost-doğmaca övladı idi. O, Rus İmperiyasının az saylı xalqların başına gətirdiyi vəhşətləri görüb, duyub, anlayıb bu əsəri yazmışdı və öz bəşəriliyini aləmə elan etmişdi. «Hacı Murad» əsərində müəllif qeyd edir ki, çeçenlər rus insanını siçovulla bərabər tutur, hansı ki, siçovulu görəndə onu mütləq öldürmək lazımdır. Hacı Muradın Şeyx Şamillə arası dəyir və rusların tərəfinə keçir. O, başa düşür ki, Şeyx Şamil kimi düşmən rus dostdan yaxşıdır. O, elə ruslar tərəfindən də qətlə yetirilir. Çünki çeçenlər kimi yüzlərlə azsaylı xalqlar rus zülmü altında inləyirdi…Hətta əsərdə qanqal misal gətirilir, o at arabası altında əzilir, yenidən dikəlir boy atır və yaşayır. O çeçen xalqını o qanqalla müqasiyə edir. Çeçenlərin timsalında bütün əzilən xalqları… O əzilən xalqlardan biri də biz idik! Sizin əsərinizin qısa məzmunu ilə tanış oldum, yazdığınızdan belə çıxır ki, erməni deyilən məxluqu biz illərdi, əzib tapdalamışıq, onlar bizi yox, biz onları qırmışıq. Siz yəqin ki, tarixdən bilməmiş deyilsiz ki, bu ermənilər kimdi? Ermənilər (Çox güman ki xristian türk boyu olan qıpçaqların toplumu) Rus imperiyası tərəfindən Qafqaza gətirilib yerləşdirilmiş hayların (haylar-əsli smit tayfalrından biri, onların heç farslarla da qohumluğu yoxdur.) əlində oyuncaq, 300 ilə yaxındır ki, öz soyuna, kökünə, dilinə xain çıxmış bir qövüm, gəlmə haylarla birləşib cənubu Qafqazda, Güney Azərbaycanında və Türkiyədə yaşayan müsəlman əhlinin qanını axıdan iradəsiz bir kütlə. Başqa millətlərin, əsasən də rusların və hayların dediyi ilə çalıb oynayan satqın bir tayfa! Siz isə onları yazıq, bədbaxt, çarəçiz birilər kimi qələmə verirsiz. Sizin dediyiniz o xristian məbədlər həm də bizə aidir, bizim müsəlmançılıqdan öncə tariximizdir. Siz İrevan azərbaycanlılardan yazırsız və onları qaniçən kimi qələmə verirsiz, bəs siz Spitakda borulara pərçimlənib qaynaq edilmiş soydaşlarımızdan, o tifil balalardan niyə yazmadız? Bəs siz Sumqayıtda xəstəxanada Ermənistandan qaçıb canını qurtarmış namusları tapdalanmış, uşaqlıq yollarına boş butulkalar yeridilmiş qadınlarımızdan və palatada döşək ağı ilə özünü boğmuş o bədbəxt analardan niyə yazmadınız? Yəni bu qədər faciələrin fonunda heç bir erməninin burunu qanamayaydı? Axı bu faciələri onlar özləri başlamışdı. Hələ də davam edir. Yeri gəlmişkən İ.Nyotonun üçüncü qanunu sizə xatırlatmaq istəyirəm: «Təsir əks təsirə bərabərdir. Mənim uşaq vaxtdan etiraf edirəm ki, Rus İmperiyasına nifrətim var. Hətta universitetdə 3-cü kursda məni Moskvaya təcürbəyə göndərmək istədilər, mən getmədim. Niyə görə? Həmin söylədiyim nifrətə görə…Bilirsiz o nifrət nədən qaynaqlanır? Onların I Pyotrdan üzü bəri bizim başımıza gətirdikləri vəhşətlərdən…Siz bu əsəri ilk dəfə rus dilində mətbuata çıxardız və Rusiyanın ədəbiyyat jurnalı olan «Drujba narodov» (№ 12, 2012) da çap etdirdiniz. Mən bilmirəm M.Qorki adına İnistutu qurtaran insanlarımız nə ilə fəxr edir? O, Sovet İmperiyasının bir təbliğat ocağı idi, burdan yazıçı olmaq istəyənləri aparıb rus ruhunda, rus düşüncəsində yetişdirirdilər. O yazarlar sonra ömürü boyu Rus-Sovet İmperiyasına xidmət etsinlər. Gəlin etiraf edək ki, çoxları da bu təbliğat maşının təsiri altına düşürdü, az qism yazar insanlarımızı çıxmaq şərti ilə… Mən sizə 1975- ci ildə Bakıda Volodarski tikiş fabrikində işləyən bir qarabağlı erməni qadının fikirlərini çatdırmaq istəyirəm. Mən iki il o illərdə həmin fabrikdə çalışmışam. O, qonşu tikiş maşınında işləyən hay kökənli Raya ilə yola getmirdi. Hər gün dava edirdilər. İkisi də xaçpərəst, biri hay, biri qarabağ ermənisi. Bir gün qarabağ ermənisi Gülçöhrə tikiş stolunun üstünə çıxıb başladı bərkdən-bərkdən bu sözləri söyləməyə… «Biz neçə əsirdi bu görbagör hayların əlində əsirik, onlar bizim hər şeyimizi, kilsələrimizi, əlifbamızı, tariximizi əlinə keçrib, qızlarımızı da alıb aparırlar Ermənistana 5-6 aydan sonra qaytarırlar üstümüzə və deyirlər ki, siz türkün artığısız. Biz sizə də, türklərə necə nifrət edirik elə nifrət bəsləyirik. Bizə sizlərsiz Qafqaz lazımdı. Biz rus qardaşlarımızın yardımı ilə sizlərin Qafqazda kökünüzü kəsəcəyik. HAYLAR BİZİ QANI, KÖKÜ BİR QARDAŞLARIMIZDAN, SOY-KÖKÜMÜZDƏN AYIRIB.» Xristian Qarabağ ermənisi Gülçöhrə bu sözləri 1975-ci ildə heç kəsdən qorxmadan, çəkinmədən hönkürtüylə deyirdi. Sonra tikiş fabrikinin partiya rəhbərinə xəbər çatdı. Onu düz bir həftə işə buraxmadılar və işə qayıdan da isə ayrı sexə keçirtdilər. Yəni hay Rayadan onu ayırdılar. Əgər siz əsərinizdə bir qövümün iki yerə parçalanmasından, xristian-müsəlman qarşıdurmasının gətirdiyi faciələrdən bəhs etəsəydiz, habelə hayların gəlmə tayfa olmasını qələmə alsaydız, bu həm xristian qarabağlıların, həm müsəlman qarabağlıların yaralarının nisbətən müalicəsinə kömək edərdi. Çünki Qarabağ erməniləri ilə hay kökənlilər arasında daim ayrı-seçkiklik var və onlar bu problemi öz aralarında yaşayır. Amma sizin « Daş yuxular» birtərəfli yazılmış əsərdir. Öz millətinə nifrət, öz millətini aşağılamaq, onu qaniçən, aşağı səviyyəli qövüm kimi qələmə vermək… Siz sünət barədə yazırsız. Nəzərinizə yetirim ki, tibbi baxımdan sünnət bütün kişi cinsindən olanlara xeyirlidir. Siz Rusiya verlişlərini izləyirsizsə, onların həkimləri də bunun xeyirindən gen-bol danışırlar. Öz qulaqlarımla, gözlərimlə bu verlişlərdən birinin şahidi olmuşam. Yəni sünnətli kişilər daha az infeksion xəstəliklərə düçar olurlar. Bununla siz müsəlmançılığı aşağılayıb bu yaşından sonra nə olmaq istəyirsiz? Onu da sizin diqqətinizə ərz edim ki, siz tək deyilsiniz, bizim millətin kökünə, soyuna, tarixinə, mənliyinə, ləyaqətinə hücum edənlərin indi ölkəmizdə sayı artıb, necə deyərlər sapı özümüzdən olan baltalar fəaliyyətə keçib. Bunların arasında sapı köhnə və təzə baltalar var. Biri Şah İsmayıl Xətaini yamanlayır, onu şiyəçilikdə günahlandırır, amma şair Xətanin şipşirin türkcədə yazdığı, yaratdığı əsərlər unudulur. O öz şahlığı dövründə türk dilini hansı səviyyəyə qaldırıb, bu unudulur. Muğamatımıza, müsəlmançılığımıza, bir sözlə əskidən niyimiz var hər şeyimizə hucum edirlər. AYB-nin Güney Azərbaycan üzrə rəhbəri Sayman Aruzun sözlərini Mahirə Abdulla qəribsiliyə salmasın. Mən də Sayman Aruzla razıyam ki, istər Azərbaycanın Quzeyində, istər Güneyində həmvətənlərimizdən olan elə qüvvələr var ki, fars və rus imperiya düşüncə sahibləri ilə həmfikirdirlər. Onlar paraya öz millətinin ləyaqətini ayaqlar altına atanlardır! Bizim Quzey Azərbaycanında isə bizə hələ 200 il lazımdır ki, biz rus düşüncəsindən xilas olub müstəqil düşünmək qabiliyyətinə nail olaq. Bizim yaşlı nəsil əksəri hələ də sovet sayağı hisslərin təsiri altındadır… Bu gün bizim yaşadığımız ölkədə «xalq yazıçısı», « xalq şairi» titulu artıq dəbdən düşüb. İndi bizim bəzi-bəzi yazarlarımız bundan artıq titullara sahib olmaq istəyirlər. Bu təbiidir. Hər bir yazarın halal haqqıdır. Amma gəlin baxaq bu saat bizim zamanəmizdə dəbdə olan, Bakıdan Nobel qardaşlarının vaxtı ikən bizim neftin hesabına təssis etdikləri «Nobel» mükafatı əsasən kimlərə şamil edilir? Bu mükafat xristian kökənli adamlara və xristianlığa cani-dildən pərəstiş edən, xaçpərəst dövlətlərin qrantları ilə özünə həyat quran bəzi qeyri-xristian kəslərə… 23 ildi torpaqlarımız işğal altındadı, biz bir qrup qadınlar Quzanlıda 9 yaşlı Fariz Bədəlovu ermənilər snayper tüfənginə tuş edəndən sonra faciə \baş verən kəndə, körpə şəhid balamızın ailəsinə başsağlığına getdik, o kənd evləri erməni güllələrindən dəlik-deşikdi, insanlar gündüz evlərindən çölə sürünə-sürünə çıxırlar. Yəni işğal davam edir… Mənə elə gəlir ki, sizin tutduğunuz yanlış yolun qayəsi ya xristian birliklərdən qaynaqlanır, onlar nəyin bahasına olursa olsun demokratya, söz azadlığı adı altında işğal olunmuş torpaqları bizim yaddaşımızdan silmək istəyirlər, ya da bu sizin sovet dövrünün yalançı qardaşlıq hissləri ilə çuğlanmış mənəvi düşüncə tərzinizdir ki, indi özünü büruzə verir. Dünyada ən güclü silah QƏLƏMDİR! Bəli, o silahdan açılan qurğuşunlardan da güclüdür. Bü gün siz Rusiyada «Drujba narodov»jurnalında çap etdirdiyiniz «Daş yuxular» ilə necə əsr milliyətindən asılı olmayaraq müsəlman əhalinin qanına yerikləmiş hayları sevindirdiz. İndi Ermənistanda (Hayıstanda) Uşaqdan böyüyə hamı sevinir. Əkrəm müəllim, bəşəri yazıçılar belə yazmırlar, onlar heç vaxt öz millətlərini başqa xalqın ayağına vermirlər. Öz millətini tapdalayanlara özünüz söyləyin nə ad vermək olar?!... 01.02.2013 Şirinxanım Kərimbəyli Şadiman Geri dön |