Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dollarla bağlı mühüm QƏRAR VERİLDİ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Dollarla bağlı mühüm QƏRAR VERİLDİ

Dollarla bağlı mühüm QƏRAR VERİLDİ


Ölkənin mərkəzi bankının funksiyalarını yerinə yetirən ABŞ Federal Ehtiyat Sistemi (FES) baza dərəcəsini 5,25-5,5 faiz səviyyəsində saxlayıb.

Bu barədə FES-in saytında bildirilib.

FES 2023-cü il üçün ABŞ ÜDM-in artımı ilə bağlı proqnozunu 2,1 faizdən 2,6 faizə qədər yaxşılaşdırıb. 2024-cü il üçün proqnoz 1,5 faizdən 1,4 faizə endirilib. 2025-ci il üçün iqtisadi artım proqnozu 1,8 faiz səviyyəsində saxlanılıb, 2026-cı il üçün isə 1,8 faizdən 1,9 faizə qaldırılıb.

ABŞ-da 2023-cü ildə işsizlik proqnozu 3,8 faiz səviyyəsində saxlanılıb, 2024-2026-cı illərdə bu rəqəm 4,1 fauz olacaq. ABŞ-da 2023-cü ildə inflyasiya proqnozu 3,3 faizdən 2,8 faizə, 2024-cü ildə 2,5 faizdən 2,4 faizə, 2025-ci ildə 2,2 faizdən 2,1 faizə yüksəldilib.

Geri dön