Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Nazir müavini: Azərbaycanın 28 milyard manatdan çox ƏDV gəliri olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Nazir müavini: Azərbaycanın 28 milyard manatdan çox ƏDV gəliri olub

Nazir müavini: Azərbaycanın 28 milyard manatdan çox ƏDV gəliri olub


Bu gün Bakıda «Azərbaycanda vergi sistemi: reallıqlar və perspektivlər» mövzusunda II Vergi Forumu keçirilib. Modern.az-ın məlumatına görə, forumda çıxış edən iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova bildirib ki, son 10 il ərzində ümumdaxili məhsul (ÜDM) 3,4 dəfə, qeyri-neft sektorunda isə 2,7 dəfə artıb.

“Orta illik artım qeyri-neft sektorunda 10 %-dən çox olub. Bu da təbii ki, dünya ilə müqayisədə Azərbaycanda daha çox artım olub. Bundan sonra Azərbaycanın inkişafı qeyri-neft sektorunda olacaq. Azərbaycanın inkişafında neftdən kənar addımları görə biləcəyik. Bunu 2012-ci ilin yekun hesabatları da sübut etdi”.

S. Hüseynova qeyd edib ki, Azərbaycanın 28 milyard manatdan çox əlavə dəyər gəliri olub. “2011-ci ildə 9,7% əlavə dəyər vergisi artıbsa, 2012-ci ildə bu il daha çox olub. 2012-ci ildə 20 milyard investisiya yatırımı olubsa, bunun da 76%-i qeyri-neft sektoruna yönəldilib”.

Geri dön