Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Səfərbərlik ehtiyatlarına dair dövlətin vəzifələri dəyişir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > Səfərbərlik ehtiyatlarına dair dövlətin vəzifələri dəyişir

Səfərbərlik ehtiyatlarına dair dövlətin vəzifələri dəyişir


Strateji və fövqəladə ehtiyatların tədarükü və təchizatçıların seçilməsi sahəsində dövlətin vəzifələri səfərbərlik ehtiyatlarına da şamil ediləcək.

Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Dövlət ehtiyatları haqqında” qanun layihəsinə edilən düzəlişdə əksini tapıb.

Strateji əhəmiyyətli malların siyahısında həmin malların (onların bir hissəsinin) ölkə üzrə tələb olunan minimal həcmləri də göstəriləcək.

Birinci oxunuşda təqdim edilən layihənin 5.1-ci maddəyə əsasən, strateji əhəmiyyətli malların siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Ancaq ikinci oxunuşda təklif olunur ki, bu siyahı yalnız strateji əhəmiyyətli malların adlarını deyil, eyni zamanda həmin malların (onların bir hissəsinin) ölkə üzrə tələb olunan minimal həcmlərini də əks etdirsin. Bu məqsədlə “strateji əhəmiyyətli malların siyahısı” sözlərindən sonra “həmin malların, o cümlədən onların bir hissəsinin ölkə üzrə tələb olunan minimal həcmi də əks olunmaqla” sözləri təklif olunur. Həmin düzəlişə uyğun olaraq 5.2-ci maddəyə də müvafiq düzəliş edilir.

Digər düzəlişə əsasən ehtiyatların saxlanıldığı yerlərə baxış keçirmək hüququ məsul qurumun istənilən işçilərinə deyil, müvafiq səlahiyyətə malik nümayəndələrinə həvalə ediləcək.

Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Geri dön