Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda televiziya proqramlarının məzmununa görə bölgüsü açıqlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Azərbaycanda televiziya proqramlarının məzmununa görə bölgüsü açıqlanıb

Azərbaycanda televiziya proqramlarının məzmununa görə bölgüsü açıqlanıb


Audiovizual Şura 2023-cü ilin noyabr ayı ərzində ümumölkə yerüstü televiziya yayımçılarının efirində yayımlanmış proqramların məzmununa görə bölgüsünü açıqlayıb.

Şuradan verilən məlumata görə, proqram bölgüsü səhər 07:00-dan gecə 01:00 aralığında yayımlanan verilişləri əhatə edib. Bu müddət aralığında yayımlanan verilişlər içərisində informasiya və analitik proqramların efirdə payı 25 faiz təşkil edib. Həmçinin reklam və sponsor təqdimatları 16,60 faiz, idman proqramları 15,30 faiz, musiqi və əyləncə janrında olan proqramlar 12,1 faiz, mədəni-maarif janrında proqramların isə efirdəki yeri 9,70 faiz təşkil edib. Məzmun bölgüsündə ən az paya malik olan proqramlar isə 0,4 faizlə uşaq proqramları olub.

Geri dön