Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Azərbaycana qarşı fəaliyyət göstərmək İranın institutlaşmış siyasətidir
Fərəc Quliyev:Azərbaycana qarşı fəaliyyət göstərmək İranın institutlaşmış siyasətidir |
Münasibətləri normallaşdırmaq istədiyini bəyan edən İran yenidən Azərbaycanı təhdid və ittiham edən məqalələrə yer ayırır. Belə ki, bu ölkənin XİN-in saytında Azərbaycan əleyhinə yönəlik məqalə dərc olunub.
Təhdid və yalanlar davam edir... Azərbaycana qarşı mövqeyi ilə seçilən iranlı politoloq Ehsan Mövəhhedian Azərbaycan və Ermənistan arasında sülh prosesi ilə bağlı “fikirlərini” qələmə alıb və onun bu “təhlil”i İran Xarici İşlər Nazirliyinin “Diplomasi İrani” analitik portalında dərc edilib. Məqalə müəllifinin iddiasına görə, Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqları elə bir vəziyyətə gəlib ki, Azərbaycan Ermənistandan İrəvanın gələcəkdə Bakıdan qisas almayacağına dair təminat axtarır: “Azərbaycan hökumətinin məqsədi, ilk növbədə, təminat əldə etməkdir ki, erməni tərəfi Ermənistan Respublikasının itirilmiş dövlət və hərbi komponentlərini operativ şəkildə bərpa etmək ambisiyasına malik olmasın. Bu narahatlığı aradan qaldırmaq üçün Bakı, görünür, Ermənistanın “qisas alması”nın qarşısını almaq üçün təminat məqsədilə mümkün sülh sənədinə müəyyən bəndləri daxil etmək niyyətindədir”. Təxribatçı məqalədə sabiq qondarma rejimin adı “Artsax”, Azərbaycan “Bakı hökuməti” kimi təqdim olunub. Bundan əlavə, absurd şəkildə Azərbaycanın Ermənistan torpaqlarını “işğal etdiyi” iddiası məqalədə yer alıb. Qeyd edək ki, son dövrlərdə Azərbaycan-İran münasibətlərində normallaşma hiss olunurdu. Lakin belə bir məqalənin İran XİN-in mətbuat orqanında dərc olunması heç də birmənalı qarşılana bilməz. Görəsən, İran yenidən Azərbaycanla münasibətləri pozmaq istəyir? Bizim.Media-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bildirir ki, Azərbaycana qarşı fəaliyyət göstərmək İranın institutlaşmış siyasətidir: “Tehran Azərbaycanın mövcudluğunda maraqlı deyil. Maksimum məqsədi Azərbaycanı yer üzündən silmək, minimum məqsədi isə ölkəmizi zəif salmaqdır. Ona görə də Tehran mütəmadi olaraq Azərbaycanın düşmənləri ilə dostluq edir. Ermənistan məhz Azərbaycanın düşməni olduğundan, ona hər cür dəstəyi verir. İran kimi ölkədə özbaşına belə fikirlər səslənə bilməz. Bir müddət əvvəl Azərbaycan Prezidentilə İran Prezidentinin görüşü zamanı bu ölkənin İrəvandakı səfiri də buna oxşar ifadələrlə çıxış etmişdi. Onlar ilk imkandaca Azərbaycana bütün pislikləri etməyə hazırdırlar. Erməninin özündən daha çox ermənipərəstlik edirlər. İran heç zaman ölkəmizə qarşı normal münasibət sərgiləməyəcək. Başa düşməliyik ki, İran mövcud olduqca Azərbaycana qarşı düşmən mövqedən çıxış edəcək”. Rüfət Sultan, Bizim.Media Geri dön |