Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev: Gəlin etiraf edək ki, İlham Əliyevin bugünkü reytinqi haqlı olaraq çox yüksəkdir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: Gəlin etiraf edək ki, İlham Əliyevin bugünkü reytinqi haqlı olaraq çox yüksəkdir

Fərəc Quliyev: Gəlin etiraf edək ki, İlham Əliyevin bugünkü reytinqi haqlı olaraq çox yüksəkdir


Fərəc Quliyev: “Ən demokratik seçki şərtləri daxilində bütün birləşmiş müxalifət bir yerdə olsa belə, İlham Əliyev rahatlıqla onları məğlub edər”

Seçki mədəniyyətdir, inkişafdır, cəmiyyətin yetkinlik göstəricisidir və sair. Hər kəsin də bu prosesdə namizəd, yaxud seçici kimi iştirak etmək hüququ var.

Ancaq bununla yanaşı, bir də siyasi, yaxud adi bir məntiq də var ki, onu nəzərə alanda, həmin bu namizədlərin bəzilərinin məqsəd və məramlarını, nəyə ümid etdiklərini, hansı nəticələri gözlədiyini anlamaq olduqca çətindir. Çünki seçki həm də mübarizədir, sözün yaxşı mənasında savaşdır.

Mübarizə isə rəqiblər arasında olur, eyni fikirdə, mövqedə, dünyagörüşündə olanlar arasında yox. Artıq 20-ci şəxs seçkidə iştirak edəcəyi ilə bağlı iddiasını ortaya qoydu. Onların sıralamasına baxanda, bu şəxslərin özlərini İlham Əliyevə rəqib kimi təqdim etmələri mənasız görünür və Azərbaycanın seçki və siyasi sistemini gözdən salır.

Etiraf edək ki, seçkilərdə iştirak etmək istəyən namizədlər İlham Əliyevin qarşısında şanssız olduqlarını bilir. O halda niyə seçkiyə qatılırlar? Niyyət nə ola bilər: maddi qazanc əldə etmək, tanınmaq və ya bekarçılıqdan doğan istək?

Bundan əvvəlki seçkilərdə prezidentliyə namizəd kimi iştirak etmiş Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,

budəfəki prezident seçkilərində namizəd kimi iştirak etməyəcək: “Gəlin etiraf edək ki, İlham Əliyevin bugünkü reytinqi haqlı olaraq çox yüksəkdir. Çünki Azərbaycanın 30 illik problemini həll edib. Bir fateh sərkərdədir. Bizim hətta kifayət qədər resursumuz və yarışmaq imkanlarımız olsaydı belə, yenə də mən seçkiyə qatılmazdım. Çünki bu dönəmdə İlham Əliyevin prezidentliyini davam etdirməsi çox vacibdir. Əslində, seçkinin önə çəkilməsi yalnız daxili şərtlərlə bağlı deyil. Burada böyük qlobal şərtlər öz rolunu oynayıb. Üzümüzə gələn ildə böyük ölkələrdə seçkilər olacaq. Ortada yarım qalmış bəzi işlər var. Hər kəs İlham Əliyevin bu böyük işlərini sabit komanda ilə sona çatdırmasını istəyir. Buna görə də, dövləti və milli maraqlar irəli çəkilməlidir. Bu gün İlham Əliyevə real alternativ ola biləcək adam yoxdur. Ən demokratik seçki şərtləri daxilində bütün birləşmiş müxalifət bir yerdə olsa belə, İlham Əliyev rahatlıqla onları məğlub edər. Biz seçkidə nəyə görə iştirak etmədiyimizi izah etdik. Mən özüm də şəxsən İlham Əliyevə səs verəcəm. Partiya üzvlərimizə isə seçim sərbəstliyi verilib. Belə məqamda özünü İlham Əliyevə alternativ görənlərin məntiqi mənə çatmır. Kimsə özünü və ya partiyasını reklam etmək xatirinə seçkiyə gedirsə, bu əks effekt də verə bilər. Siyasətçi üçün bunu peşəkar yanaşma hesab etmirəm. Özlərinin əsaslandırması varsa, buyursunlar ortaya qoysunlar. Bu adamlardan heç fərqli platforma da görməmişəm. Hər halda, bu gedişatla bağlı ən dəqiq cavabı onların özləri verə bilər. Günün çağırışları və dövrün trendi bu yanaşmanı absurd edir”.

2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisində iştirak üçün namizədliyini irəli sürənlərin sayı getdikcə artır. Onların sayı 20-yə çatır. Mərkəzi Seçki Komissiyası hazırki Prezident İlham Əliyevin, namizədliyi təşəbbüs qrupları tərəfindən irəli sürülən Zahid Oruc (Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri) və Fuad Əliyevin (keçmiş Liberal Demokrat Partiyasının sədri olub), Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafanın, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyevin, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsini təsdiqləyib. Beləliklə, 7 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib.

Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com

Geri dön