Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakıda yağış sularının saxlanması üçün yeraltı anbarlar tikiləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Bakıda yağış sularının saxlanması üçün yeraltı anbarlar tikiləcək

Bakıda yağış sularının saxlanması üçün yeraltı anbarlar tikiləcək


Bakıda yağış sularının saxlanması üçün yeraltı anbarlar tikiləcək.

Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Qeyd olunub ki, Bakının şəhər ərazisi üçün aşağıdakı qısamüddətli tədbirlərin görülməsi təklif olunur:

• Mərkəzi park üçün susaxlayıcı sistemin qurulması. İntensiv yağıntılar zamanı yağış sularının saxlanması və daha sonra suvarmada istifadə edilməsi üçün yeraltı anbarın inşası və güclü yağıntılar zamanı suyun park ərazisində saxlanılması;

• Qış Parkı. Yeraltı dayanacaqda yeraltı anbarın inşası;

• Atatürk Parkı. Güclü yağış hadisələri üçün parkda sututucu qurğuların quraşdırılması;

• Xətai prospekti. Suburaxma gücünün artırılması üçün su novlarının quraşdırılması;

• Neftçilər prospekti. Neftçilər prospektinin alçaq sahələrində, bulvarda drenajların qurulması, Xəzər dənizinə axıtma məntəqələrinin inşası;

• Kommersiya rayonu. Tamamilə ayrı yağış kanalizasiya sisteminin qurulması və bu sistemə kanalizasiya xətlərinin birləşdirilməsinin qarşısının alınması.

Geri dön