Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > BMT Azərbaycanın iqtisadi artım proqnozunu AÇIQLADI
BMT Azərbaycanın iqtisadi artım proqnozunu AÇIQLADI |
Birləşmiş Millətlər Təşkilatı (BMT) 2026-cı ilə qədər Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb.
Bu barədə BMT-nin qlobal iqtisadiyyatla bağlı hesabatında bildirilib. BMT 2024-cü il üzrə Azərbaycanda ümumdaxili məhsulun artımını (ÜDM) 2,6%, 2025-ci ildə isə 2,8% səviyyəsində proqnozlaşdırıb. Hesabata əsasən, 2023-cü il üzrə Azərbaycanda iqtisadi artım 0,7% təşkil edib. BMT-nin proqnozlarına əsasən, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 5,9%-dək, 2025-ci ildə isə 3,9%-dək azalacaq. Təşkilat ötən il üzrə inflyasiya proqnozunu 9,5% müəyyən edib. Qeyd edək ki, Dövlət Statistika Komitəsinin son açıqladığı göstəricilərə əsasən, 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda iqtisadi artım 0,8%, inflyasiya isə 9,4% təşkil edib. Geri dön |