Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Olimpiya Dünya Reytinqi: Azərbaycan cüdoçularının mövqeyi bəlli olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Olimpiya Dünya Reytinqi: Azərbaycan cüdoçularının mövqeyi bəlli olub

Olimpiya Dünya Reytinqi: Azərbaycan cüdoçularının mövqeyi bəlli olub


Beynəlxalq Cüdo Federasiyası Olimpiya Dünya Reytinq cədvəlini yeniləyib.

Siyahıda Azərbaycan cüdoçularının da yeni mövqeyi bəlli olub.

Millinin 12 üzvünün yer aldığı siyahıda Hidayət Heydərov (73 kiloqram) öz çəki dərəcəsi üzrə liderdir.

Digər kişi cüdoçulardan Zelim Kotsoyev (100 kiloqram) ikinci, Balabəy Ağayev (60 kiloqram) və Səid Mollayi (81 kiloqram) beşinci, Yaşar Nəcəfov (66 kiloqram) yeddinci, Zelim Tçkayev (81 kiloqram) doqquzuncu, Murad Fətiyev (90 kiloqram) onuncu, Uşangi Kokauri (+100 kiloqram) on birinci, Turan Bayramov (60 kiloqram) iyirminci pillədə
Qadın cüdoçulardan isə Leyla Əliyeva (48 kiloqram) və Gültac Məmmədəliyeva (52 kiloqram) öz çəkilərində on altıncı, Açelya Toprak isə (57 kiloqram) otuz altıncı sırada yer alıblar.

Qeyd edək ki, 12 idmançıdan 11-nin hazırkı mövqeyi “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya imkanı verir. Acelya Toprak isə kontinental kvota əsasında Olimpiadada iştirak hüququ qazana bilər.

Geri dön