Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Kimlər səs verə bilər və kimlər səs verə bilməz?
Kimlər səs verə bilər və kimlər səs verə bilməz? |
“İstənilən seçki kampaniyasının çox vacib komponentlərindən biri də ölkədəki mövcud ictimai-siyasi vəziyyətdir. Hesab edirəm ki, Azərbaycan Respublikası Prezidentinin seçkiləri ərəfəsində seçki kampaniyasının uğurlu olmasını təmin edə biləcək ictimai-siyasi vəziyyət mövcuddur”.
Bu sözləri secki-2024.az saytına açıqlamasında Vəkillər Kollegiyasının üzvü Elvin Əliyev deyib. Onun sözlərinə görə, siyasi iştirakçılıq Ümumdünya İnsan Hüquqları Bəyannaməsindən başlayaraq insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərdə əsas haqlardan hesab edilir: “Siyasi iştirakçılıq imkanlarının geniş olması səmərəli demokratik şəraitin əsaslarındandır. Ölkəmizdə belə şərait mövcuddur. Azərbaycan xalqının iradəsi ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə azad və mütəmadi keçirilən seçkilərdə öz əksini tapır. Azərbaycan dövləti vətəndaşlarının iradəsinin azad ifadə edilməsinə seçki hüququnun prinsip və normalarının müdafiə edilməsi yolu ilə təminat verir”. 2Q== E.Əliyev xatırladıb ki, seçki günü 18 yaşı tamam olan və ya yaşı 18-dən çox olan bütün Azərbaycan Respublikası vətəndaşlarının seçmək hüququ var: “18 yaşına çatmış və fəaliyyət qabiliyyəti olan vətəndaşların hamısı seçki hüququna malikdirlər. Mənşəyinə, siyasi baxışlarına, sosial və əmlak vəziyyətinə, irqi və milli mənsubiyyətinə, cinsinə, təhsilinə, dilinə, dinə münasibətinə, məşğuliyyət növünə və xarakterinə görə Azərbaycan Respublikası vətəndaşlanın seçki hüquqlarının birbaşa, dolayısı ilə və ya başqa şəkildə məhdudlaşdırılması qadağandır. Azərbaycan Respublikası Prezidenti seçkiləri Mərkəzi Seçki Komissiyası tərəfindən təşkil edilən seçki dairələri üzrə keçirilir. Səsvermənin keçirilməsi üçün məntəqələr təşkil edilir”. Hüquqşünas söyləyib ki, seçiciləri narahat edən əsas məqamlardan biri səsvermə günü qeydiyyatda olduqları ərazidə olmadıqları halda, prosesdə necə iştirak edəcəkləridir: “Əgər seçici hansısa rayonda qeydiyyatdadırsa, adı olan seçki məntəqəsinə müraciət edərək qeydiyyatdan çıxması barədə vəsiqə almalıdır. Həmin vərəqə ilə o, səsvermə günü olduğu ərazi üzrə istənilən seçki məntəqəsində səs verə bilər. Əgər seçicinin adı siyahıda yoxdursa, həmin seçici şəxsiyyət vəsiqəsindəki qeydiyyata uyğun olaraq seçki məntəqəsində adını seçici siyahısına saldırmalıdır. Bu qayda eyni zamanda qeydiyyatda olduğu yerdə yaşamayan tələbələrə də aiddir. Həmçinin vətəndaşların qeydiyyatda olduqları rayonlara getmək imkanları yoxdursa, bunun üçün MSK-nın 115 saylı “Qaynar xətt”inə zəng vura, eləcə də MSK-nın veb-saytına daxil olub “Online müraciət” bölməsində tələb olunan xanaları doldurmalıdırlar. Azərbaycandan kənarda yaşayan vətəndaşlarımız da seçki hüquqlarından istifadə edə bilərlər. Bunun üçün Azərbaycanın xarici ölkələrdəki səfirliklərində, konsulluqlarında fəaliyyət göstərən məntəqələrə müraciət etməlidirlər. Bildiyimiz kimi, “ASAN xidmət” mərkəzlərindəki “ASAN növbə” terminallarında “Seçici statusunu yoxla” adlı xüsusi bölmə yaradılıb. Belə ki, vətəndaşlar şəxsiyyət vəsiqələrini oxudaraq, adlarını seçici siyahısında yoxlaya və hansı seçki məntəqəsində səs verməli olduqlarını öyrənə bilərlər. Həmçinin, qeydiyyat üzrə seçki dairəsi və məntəqəsi, səs veriləcək seçki məntəqəsinin ünvanı haqqında məlumatları əldə etmək mümkündür. Əgər məlumatlar sistemdə əks olunmazsa, açılmış ekranda əlaqə məlumatlarını yazmaqla Mərkəzi Seçki Komissiyasına müraciət etmək imkanı da yaradılıb. Sözügedən innovativ həll MSK və “ASAN xidmət”in birgə layihəsi çərçivəsində reallaşdırılıb”. Vəkillər Kollegiyasının üzvü qeyd edib ki, seçki hüququ vətəndaşların dövlət orqanlarının təşkilinə təsirini ifadə edən, dövlət hakimiyyətini legitimləşdirən əsas siyasi hüquqlar sırasındadır: “Bu hüquq seçmək və seçilmək, hüquqi terminlə desək, aktiv və passiv seçki hüququ şəklində realizə olunur. Qanunun tələbinə əsasən Azərbaycanda yaşayan xarici ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin, fəaliyyət qabiliyyətsizliyi məhkəmənin qərarı ilə təsdiq olunan şəxslərin, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərin, o cümlədən xaricdə yaşayan azərbaycanlıların bu hüququ hansı qaydada həyata keçirdiklərinə aydınlıq gətirmək doğru olar. Xarici ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının Seçki Məcəlləsinə görə müəyyən hallarda aktiv seçki hüququ (səs vermək hüququ) var. Seçki Məcəlləsinin 12.2-ci maddəsinə görə vətəndaşlığı olmayan şəxslər 5 ildən az olmayaraq Azərbaycan ərazisində daimi yaşayırlarsa, referendumda, Milli Məclisə seçkilərdə, prezident seçkilərində və bələdiyyə seçkilərində səsvermələrdə iştirak edə bilərlər. Əlbəttə, bu zaman digər seçicilər üçün zəruri olan özəlliklər bu seçicilər üçün də keçərlidir. Onlar 18 yaşını tamamlamış olmalı, qanunda nəzərdə tutulan formada seçki hüququnu itirməməlidirlər”. Vəkil əlavə edib ki, fəaliyyət qabiliyyətsizliyi məhkəmənin qərarı ilə təsdiq olunan şəxslər seçmək və seçilmək hüququndan məhrumdurlar: “Bunun əsas səbəbi bu qrup şəxslərin öz hərəkətlərinin mənasını başa düşməməsi və ya öz hərəkətlərini idarə edə bilməməsidir. Məhkəmə qaydasında fəaliyyət qabiliyyətsiz elan olunmayan şəxslər, hətta ruhi xəstə olmasına baxmayaraq seçmək hüququndan məhrum olmur. Qeyd edilən hallardan başqa digər hallarda vətəndaşların seçmək hüququ məhdudlaşdırıla bilməz. Xaricdə yaşayan seçici qeydiyyatında olan vətəndaşlarımız da aktiv seçki hüququna malikdir. Eyni zamanda cəzaçəkmə müəssisələrində olan məhkumların da səsvermədə iştirakı üçün müvafiq şərait yaradılır. Məhkumlar istənilən seçkidə aktiv şəkildə iştirak edirlər”. Geri dön |