Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Dırnaqların rənginin və formasının dəyişməsi xəstəliklərin əlaməti ola bilər
Dırnaqların rənginin və formasının dəyişməsi xəstəliklərin əlaməti ola bilər |
Dırnaqların rənginin və formasının dəyişməsi xəstəliklərin əlaməti ola bilər.
Bu barədə türkiyəli həkim-mütəxəssis Səma Karaoğlu bildirib. O qeyd edib ki, dırnaqların rənginin və formasının dəyişməsi müxtəlif xəstəliklərin carçısıdır. Belə ki, bu vəziyyət bədəndəki hər hansı bir xəstəliyin əlamətini ehtiva edir. Dırnaq xəstəlikləri, ümumiyyətlə, insanlar arasında geniş yayılıb. Ən çox rast gəlinən problemlər isə göbələk və dırnaqların batması hallarıdır. Yay mövsümü bitdikdən sonra dırnaq göbələkləri daha da artır. Dırnaq göbələyinə həm əllərdə, həm də ayaqlarda rast gəlinir. Dırnaqlardakı çuxurlar isə qanazlığından xəbər verir. Digər orqanlardan fərqli olaraq dırnaqdakı rəng və forma dəyişiklikləri sağlamlığımız haqqında məlumatlanmağa əsas verir. Tez-tez manikür etdirmək, süni dırnaqlardan istifadə, dırnaq yemə vərdişləri – bütün bunlar dırnaqların çox asanlıqla qırılmasına səbəb olur. Lakin düzgün diaqnoz və müalicə ilə bunları müalicə etmək mümkündür. Geri dön |