Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Bakı hava limanında 2023-cü ildə sərnişin axını tarixi səviyyəyə çatıb
Bakı hava limanında 2023-cü ildə sərnişin axını tarixi səviyyəyə çatıb |
Ölkənin əsas hava qovşağı olan Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişin dövriyyəsi 2023-cü ildə rekord həddə yüksəlib - 5,85 milyondan çox sərnişinə xidmət göstərilib.
Bu göstərici 4,4 milyon sərnişinin daşındığı 2022-ci ilin nəticəsindən 33% çoxdur. Sərnişin axınının pik həddi avqustun 13-də qeydə alınıb – 24 274 nəfər. 2023-cü ildə Bakı aeroportunda beynəlxalq reyslərdə 5,13 milyon sərnişinə xidmət göstərilib. Bunun da 42,5%-i AZAL-ın, qalan 57,5%-i isə xarici aviadaşıyıcıların payına düşüb. Hesabat dövründə milli aviadaşıyıcı beynəlxalq istiqamətlərdə 2,18 milyon sərnişin daşıyıb. Naxçıvan istiqamətində daşınan sərnişinlərin sayı isə 717 min nəfər təşkil edib ki, bu da 2022-ci ildəki 684 min sərnişinlə müqayisədə artım deməkdir. Bu marşrut üzrə sərnişin axınının pik həddi iyulda qeyd olunub, həmin ay 92 mindən çox sərnişinə xidmət göstərilib. Bakı hava limanına uçuş həyata keçirən 18-i aşağıbüdcəli olmaqla, 41 aviaşirkətdən “Turkish Airlines”, “AnadoluJet”, “Utair”, “Aeroflot”, “Fly Dubai”, “Wizz Air Abu-Dhabi”, “Pegasus”, “Azimut”, “Air Arabia” və “Iraero” ən çox sərnişin daşıyıb. Ən populyar xarici istiqamətlər İstanbul, Moskva, Tbilisi, Dubay və Əbu-Dabi olub. Ümumilikdə, 2023-cü ildə Heydər Əliyev Beynəlxalq Aeroportundan 80-ə yaxın müxtəlif istiqamətə 49,3 mindən çox reys yerinə yetirilib. Geri dön |