Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > “Azercell” və “Bakcell” operatorlarına “3G” mobil rabitə xidməti göstərməsi üçün lisenziya verilməsi qərara alınıb
“Azercell” və “Bakcell” operatorlarına “3G” mobil rabitə xidməti göstərməsi üçün lisenziya verilməsi qərara alınıb |
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2011-ci ilin 9 ayının yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iclası açıq elan edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov cari ilin 9 ayında informasiya-kommunikasiya sektorunun ayrı-ayrı sahələrində həyata keçirilən islahatlardan danışıb, gələcəkdə bu sektorda əldə olunacaq gəlirlərin ölkə iqtisadiyyatının inkişafına güclü təsir göstərəcəyini qeyd edib. 2011-ci ilin 9 ayı ərzində sektor üzrə qeydə alınan nəticələr barədə çıxış edən nazir bildirib ki, ötən dövr ərzində İKT sektorunda artım tempi 12,4%, o cümlədən telekommunikasiya sektorunda 8,3%, İT sektorunda 1,6 dəfə, informasiya sektorunda isə 38,8% təşkil edib. Hesabat dövründə mobil abunəçilərin sayı 10 mln. nəfərə yaxın, əhalinin hər 100 nəfərinə düşən kompyuterlərin sayı 15, internet istifadəçilərinin sayı isə 60-a bərabər olub. Bu isə ümumdünya orta göstəricilərini 2 dəfədən çox üstələyir. Məruzə ətrafında çıxışlardan sonra kollegiyaya yekun vuran nazir Azərbaycan prezidenti İlham Əliyevin ölkədə informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafını yüksək qiymətləndirdiyini vurğulayaraq, bir sıra mühüm əhəmiyyət kəsb edən layihə və məsələlərin icrasının təmin olunması, eyni zamanda bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması üçün tapşırıqlar verib. Kollegiyada “Azercell” və “Bakcell” operatorlarına “3G” mobil rabitə xidməti göstərməsi üçün lisenziyaların verilməsi ilə bağlı qərar qəbul edilib, eyni zamanda nazirliyin müvafiq qurumlarına və 3 mobil operatora dünyada ən müasir olan “4G” (LTİ) mobil rabitə xidmətinin tətbiqi üçün texniki və hüquqi normalara uyğun təkliflərin verilməsi tapşırılıb. Geri dön |