Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Türk dünyası-Turan > Türkiyə və İran prezidentləri bir çox məsələr üzrə fikir mübadiləsi aparıblar
Türkiyə və İran prezidentləri bir çox məsələr üzrə fikir mübadiləsi aparıblar |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ankarada səfərdə olan İran Prezidenti Seyid İbrahim Rəisi mediaya birgə açıqlama veriblər.
Açıqlamada Türkiyə ilə İran arasında enerji, azad zonalar, media, mədəniyyət, dəmir yolu nəqliyyatı və sürücülük vəsiqələrinin qarşılıqlı tanınması kimi məsələləri əhatə edən 10 müqavilənin imzalandığı bildirilib. Yanvarın 3-də Kirmanda baş vermiş terror aktını bir daha lənətlədiyini ifadə edən Ərdoğan Türkiyənin terrorla mübarizədə İranın yanında olduğunu, ölkələrinin və bölgənin təhlükəsizliyini hədəfləyən PKK/PYD/YPG və PJAK terror qruplaşmalarına qarşı əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyinə toxunduqlarını deyib. “Şura iclasımız çərçivəsində qəbul etdiyimiz qərarların regionumuzun sabitliyi üçün əhəmiyyətli olduğuna inanırıq”, - deyən Prezident Ərdoğan bir çox məsələlər, o cümlədən İsrail-Fələstin qarşıdurması, Suriya, İraq, Əfqanıstan və Cənubi Qafqazdakı mövcud vəziyyətlə bağlı fikir mübadiləsi apardıqlarını, eləcə də Türkiyə ilə İran arasında 30 milyard ABŞ dolları ticarət hədəfi baxımından irəliləyiş əldə etdiklərini bildirib. Ərdoğan indiyədək Türkiyədən Qəzza zolağına 30 min tondan çox humanitar yardım materialı göndərildiyini açıqlayıb. Geri dön |