Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əli Xaməneyi Türk deyil (Ərəbdir)
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Əli Xaməneyi Türk deyil (Ərəbdir)

Əli Xaməneyi Türk deyil (Ərəbdir)


GünAz TVnin araşdırmalarına dayanaraq, İran lideri, Əli Xamenəyi Türk və Azərbaycanlı deyil.


Aşağıda, Əli Xamenəyinin sülaləsinin "Şəcərə Namə"si görünür. Bu şəcərə namiyə dayanaraq, onun 28 əcdadı farsistanda yaşayıblar və heç zaman Azərbaycan topraqlarının üzün gürməyiblər. Nəticə olaraq, Əli Xaməneyinin ataları Azərbaycanlı deyil, Iraqdan gəlmişlər. Onlar Abbasilər xəlifələr dövründə Iraqdan qaçıb, farsistanın Təfriş, Aştiyan və Fərahan mahallarında yerləşib və yaşayıblar.


Xamenəyinin iyirmi doqquzuncu (29-cu) mühacir sülaləsi, Seyid Mühəmməd, ömrünün son çağlarında ailəsilə birlikdə Azərbaycana köçüb. Allah ona Azərbaycan bərəkətinə bir oğlan evladı verib ki adın Seyid Hüseyn qoyub. Seyid Hüseyn atasından sonra, Azərbaycandan babalarının vətəni, Iraqa geri gedib.


Yuxarıdakılara esaslanaraq, Xaməneyi sülaləsindən yalnız bir nəfər Azərbaycanda doğulub.


Əli Xaməneyinin babası (atasının atası) İraqa dönüb və orda yaşayarkən Əli Xaməneyinin atası, Seyid Cavad doğulur. Seyid Cavad bir müddətdən sonra İrana gedir yalniz atasının doğulduğu Azərbaycana deyil Xorasan mahalının Məşhəd (Məşəd) şəhərinə yerləşir və Xədicə adlı bir xanımla evlənir. Bu evlilikdən Əli, Hadi və Muhəmməd Hüseyni Xamənə dünyaya gəlirlər.


Beləliklə, Əli Xaməneyinin 29 sülaləsi farsistanda yaşayıb və orda doğulub töreyiblər. Yalnız onun nəslindən biri Azərbaycana köçüb və qısa bir zaman (30 - 35 il) içində bu toprağa qonaq olub və evlilik qurmadan əvvəl Azərbaycandan köçüb.


GünAz TV bu mövzu haqqında sənədlər toplayıb ki,yaxın zamanda onları nəşr edib və bir proqramda yayacaqdır.


Əli Xaməneyi Türk deyil (Ərəbdir)

Geri dön