Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranlı məhbusdan dini liderə ağır ittihamlar...
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > İranlı məhbusdan dini liderə ağır ittihamlar...

İranlı məhbusdan dini liderə ağır ittihamlar...


İran İslam İnqilab Mücahidləri Təşkilatının rəhbərlərindən olan məhbus Əbülfəzl Qədyani xalqa açıq məktub yazaraq dini lider ayətullah Əli Xamneyini monarxiyanı bərpa etməkdə günahlandırıb.
Məktubda deyilir ki, İran xalqı azadlıq və demokratiya uğrunda inqilab etsə də, inqilab məğlubiyyətə uğradılıb: “34 il əvvəl inqilab qalib gəlsə də, azadlıq uğrunda ayağa qalxan xalq öz ideyalarına çata bilməyib. İnqilabın qələbəsi ilə ölkədə monarxiyaya son qoyulsa da, demokratiya oturuşmuş hala gəlməyib və kök ata bilməyib. Bununla da xalq çoxdan arzuladığı azadlığı dada bilməyib.
Bizim inqilab öz ideyalarına qovuşa bilmədi. Biz bir fərdin mütləqiyyətə söykənən səltənətinə qarşı üsyan qaldırsaq da, bu gün görürük ki, vaxtilə əleyhinə qiyama başladığımız totalitar sistem başqa bir adda, yəni mütləqiyyətə söykənən “vəliyyi-fəqih” (dini liderin titulu) biçimində bərpa edilərək ölkəyə hakim kəsilib.
2009-cu ildə keçirilən prezident seçkisinin rəsmi nəticələrinə qarşı çevriliş edən, əlini seçki nəticələrinə etiraz bildirən dinc aksiyaçıların pak qanına bulayan “vəliyyi-fəqih” yaxşı bilir ki, legitim (qanuni) deyil. Sərbəst şəkildə ictimai rəyə müraciət edilsə və sorğu keçirilsə, o məğlub olacaq. Məhz bunu bildiyinə görə də azad seçki barədə hər bir söz-söhbəti hakim dini istibdada qarşı xəyanət sayır, ona qarşı çıxır.
İran İslam Respublikasının hazırkı dini liderinin öz müxaliflərini fiziki baxımdan aradan götürməsi barədəki stajını (təcrübə) nəzərə qalaraq bildirirəm ki, bundan sonra mənə qarşı baş verə biləcək hər bir hadisənin məsuliyyəti dini liderin üzərinə düşür və məhz o buna cavabdeh olmalıdır”
İslam İnqilab Mücahidləri Təşkilatı islam inqilabından sonra İranda xeyli müddət hakimiyyətdə təmsil olunub. Sonradan qurum islahatçı mövqe tutduğuna görə tədricən hakimiyyətdən uzaqlaşdırılıb və sonda onun fəaliyyəti yasaq edilib.
Əbülfəzl Qədyani hazırda Tehranın Evin zindanında həbsdədir. O, 2009-cu ildə İranda keçirilmiş prezident seçkisinin rəsmi nəticələrinə və dinc aksiyaçılara qarşı repressiyalara (sərkublara) etiraz etdiyinə görə tutulub.

Geri dön