Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev:Namizədlərin özlərinin qeyri-fəallığı da sönüklüyə səbəb ola bilər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Namizədlərin özlərinin qeyri-fəallığı da sönüklüyə səbəb ola bilər

Fərəc Quliyev:Namizədlərin özlərinin qeyri-fəallığı da sönüklüyə səbəb ola bilər


“Namizədlərin özlərinin qeyri-fəallığı da sönüklüyə səbəb ola bilər”.

Bunu sönük keçən növbədənkənar prezident seçkilərinin təbliğat-təşviqat və bunun səbəblərini şərh edən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Fərəc Quliyev bildirib ki, cəmiyyət digər namizədlərin şanslarının az olmasını bilir:

“Seçkiyə biz öz namizədimizlə qatılmadıq. Yarım qalmış işlər var. Dünyanın 78 ölkəsində seçkilər olacaq. Bu komanda yarımçıq qalmış işləri tamamlamalıdır.

Dövlət əhəmiyyəti baxımından məqbul bilmədik seçkiyə qatılmağı. O başqa şeydir, resurslarımız var idi, yoxsa yox. İlham Əliyevin reytinqi göz qabağındadır. Hətta bizim bütün resurslarımız olsaydı, belə yenə eyni davranardıq.

Prezidentin ciddi şəkildə üstünlüyü var. Qarabağ savaşından sonra İlham Əliyevin reytinqi kifayət qədər yüksəkdir. O, rahat şəkildə seçkini uda biləcək. Cəmiyyət digər namizədlərin şanslarının az olmasını bilir, ona görə sönük görünür. Ola bilər ki, namizədlərin çıxışları, təklifləri, məsələlərə tənqidi yanaşmamaları bunlar da təsir edə bilər.

Seçki mühitini aktivləşdirmək üçün variantlar var. Namizədlər yerlərdə görüşlər keçirə bilər. Namizədlərin özlərinin qeyri-fəallığı da sönüklüyə səbəb ola bilər”.

Səxavət Məmməd/yenicag.az

Geri dön