Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Müsahibə > Dr.Oğuz Doğan:“Fərqanə vadisində daşnaklar 35.000 nəfəri vəhşicəsinə qətlə yetirdilər”.
Dr.Oğuz Doğan:“Fərqanə vadisində daşnaklar 35.000 nəfəri vəhşicəsinə qətlə yetirdilər”. |
“Bolşeviklər və onıların müttəfiqləri olan erməni daşnakları təkcə Xokand şəhərinə yox, ətraf kəndlərə də hücum etmişdilər”.
“Mən Türk Birliyini görürəm”... Tariximizin qanlı səhifələrindən olan soyqırımlar haqqında çox deyilib, çox yazılıb. Lakin indi eşidəcəyiniz bu tarixi faktlar Qafqazda, yaxud Anadoluda baş verməyib. Bu hadisələr 1918 – ci ildə Orta Asiyada, konkret olaraq isə Fərqanə vilayətində baş verib. Dr. Oğuz Doğan Qazaxıstanda Xoca Əhməd Yəsəvi Universitetində müəllim kimi fəaliyyət göstərəndə bütün bu faktları araşdırıb. Həmin dövrdə Şərqi Türkistanın son prezidenti Əlixantöre Sağuninin yazmış olduğu “Türkistan yanğısı” kitabını da Türkiyə türkcəsinə uyğunlaşdırıb. Onunla yalnız virtual söhbət etməyə imkanımız çatdı. Və daha bir faktı açdığımız. Oxucuılarımıza çatdırdığımız üçün sevinirik. -Azərbaycan dr.Oğuz Doğan üçün hansı məna ifadə edir? Uzun müddət Orta Asiyada yaşadığınıza görə necə bilirsiniz Azərbaycan Türkiyə və Orta Asya arasında bir körpü rolunu oynaya bilərmi? -Azərbaycan, Türkiyə ilə Türkistan arasında tam bir boğaz funksiyasını həyata keçirir. Necə ki, bir insanı boğazlayaraq öldürə bilərsiniz, elə düşmənlərimiz də bunu bilərək bizi bir-birimizdən tarix boyunca həmişə boğazımızın sıxaraq ayırmağa çalışıblar. Türk bədəninin kilid nöqtəsi, yəni o boğaz, Azərbaycandır. - Müasir dünyada geniş yayılan qloballaşma deyilən anlayışı necə qiymətləndirirsiniz? Və bu dəyərləndirmələriniz milli və mədəni dəyərlərimizlə üst – üstə düşürmü? Qloballaşma, sözdə "dünya insanı" yaratmaq üçün sevimli bir paltar geydirilmiş bir ilan kimidir. Və məqsədi, imperializmin özünə təhlükə gördüyü millətləri udmaqdır. Çünki, "qloballaşma" yalanına bizə inandırmağa özünü həsr edən millətlərin ən çox "milliləşməyə" çalışanlar olduğunu görürük. Amma bir Türk qloballaşmasına isti baxıram. Buna "türkləşmək" də deyilə bilər. Hər Türk birliyi öz xüsusi rənglərini qoruyaraq yüz illərlə davam edən ayrılıqlarının pis təsirlərini, öz içlərində əridərək, özlərinə dönərək, ortaq nöqtələrində birləşərək yox etməlidir. -Bu “türk qloballaşması” – dediyiniz amildə bəs dinin yeri haradadır? Axı, bildiyimiz kimi biz təkdinli bir xalq deyilik -Bu doğrudur. Mən bu mövzuda da Atatürkün dünyəvilik qanununun əsas alınmasını təklif edirəm. Belə ki, Atatürkün dünyəviliyi bir din əleyhdarlığı deyildi. Türk xalqı tək dindən meydana gəlməsə də, böyük əksəriyyətinin İslam dininə mənsub olduğu da inkar edilə bilməz. Buna görə də, Türk torpaqlarında İslama qarşı sərt rəftar etmək olmaz. Bu torpaqlarda İslama qarşı sərt hərəkət edənlər şübhəsiz ki, itirəcəklər. Məsələn, Qazaxıstan türkləri tanıdığım Türk xalqları arasında dinə ən uzaq olanlardan biridir. Ancaq, həyatında bir rükət namaz qılmamış bir qazax türkü də hətta İslam dini əleyhinə iş görənləri bağışlamaz, onlara tərəf yönəlməz, onları dinləməz! Məncə Türk qloballaşmasında İslam dininin rolunu inkar edə bilmərik. Az sayda qeyri - müsəlman elə düşünürəm ki, buna qarşı çıxmayacaq. Çünki, Müsəlman Türklər də onların öz dinlərini yaşatmasına etiraz etməzlər. -Amma zaman - zaman qardaş Müsəlman Türk arasinmda da bəzi komfliktlər yaşandı. Bunları necə unutduracağıq yaxşı? Məsələn: özbəklərlə axıska türkləri arasında... -Özbək türkləri ilə Axıska türkləri və çox yaxında qırğızlarla özbəklər arasında yaşanan qorxunc faciələrin səbəbi İslam dini deyil. Başda da dediyimiz kimi gerçək səbəb bir – birimizdən ayrı düşməyimizdir. Bizim gerçək düşmənimiz da budur. Onların artıq qardaş olduqlarını xatırlaması şərtdir. Türk qloballaşmasında İslam dini sadəcə birləşdirici amillərdən biri kimi qiymətləndirilməlidir, Bizi birləşdirən ən böyük dəyər isə dilimizdir. Düşünün, yuxarıda sözünü etdiyimiz faciələrdən ölən türk də, öldürən türk də eyni dildə danışırdı. Öldürən tərəf kinini Türkcə sözlərlə qışqırır, ölən Türk son nəfəsini Türkcə sözlərlə verirdi. Demək ki, ortaq nöqtələrimizi birləşdirilməsindən əvvəl zehniyyətimizin birləşməsi vacibdir. -Sizcə, bu mövzuda hansı işlər görülməlidir? Bu zehniyyət birliyi necə reallaşacaq? -Əvvəlcə təchizatlı ideailst bir heyət lazımdır. Dövlət kadrlarından söhbət getmir. İdealist fərdlər. Məsələn, mən Türk Dünyasının hər qarış torpağında, oradakı insanlarımızla anlaşa bilməyən birinin özünü "Türkçü" kimi təqdim etməyinə çox gülürəm. Əslində tragikomik bir haldır. Özbəkistana getmisinizsə, Özbək türkcəsi ilə danışmalısınız, Qazaxıstana gedəndə qazax türkcəsində danışmalısan. Bax, gör o zaman o xalq sizi necə bağrına basır. Heç olmasa bir Amerikalı missionerləri kimi təchizatlı olacaqsınız! Onun dilinə, mədəniyyətinə hörmət göstərdiyinizi görən hər bir Türk, sizinlə buraxın birləşməyi, sizin üçün canını belə əsirgəməyəcək. - Qarşıdan 2015 – ci il gəlir. Qondarma erməni soyqırımının 100 illiyi. Bildiyim qədəri ilə ermənilər təkcə bizim coğrafiyada: Qafqazda və Anadoluda soyqırımlar törətməyiblər. Orta Asiyada da SOYQIRIMLAR yaşanıb. Bu barədə bə deyə bilərsiniz oxucularımıza? -1918-ci ilin 19 fevralında Daşkənddəki bolşevik komissarı E. Perfilyev əmrində toplanan ağır silahlarla təchiz edilən əsgərlər, Xokanda gəlib şəhəri əhatə edir. 19 fevral günü Türkistan Milli Muxtar Hökumətinin komandiri Ergaşa istəklərini bildirir. Ergaş Bolşevik komandiri Perfilyevin bu istəklərini rədd edir. İstəklərinin qəbul edilmədiyini görən Perfilyev, Xokand şəhərini 12 təyyarə vaxitəsi ilə bombalamağa başlayır, Gündüz başlayan bombanrdman axşama kimi fasiləsiz davam edir. Şəhər xarabalığa çevrilir. Bolşeviklerin mərhəmətsizliyinə baxmayaraq Türkistanlılar təslim olmağı əsla qəbul etmirlər. Şəhəri qəhrəmancasına müdafiə edirlər. Ergaş Korbaşı şəhəri, Qırmızı Ordu əsgərlərinə və onların dəstəkçisi Avstriya-Macarıstan Döyüş əsirləri və könüllü erməni daşnaklarına qarşı üç gün boyunca qəhrəmancasına müdafiə olunur Türküstan Milli Muxtar Hökumətinin əlində kifayət qədər silah - sursat yox idi. Onların əlindəki silahlar, çubuq, balta, qazma, kürək, bıçaq və imanlarından ibarət idi. Və sonuna kimi mübarizə apardılar. Lakin şəhərin giriş və çıxış yolları bolşeviklər tərəfindən kəsildiyinə başqa vilayətlərdən gələn yardımlar Muxtariyyətçilərin əlinə çatmırdı. Silah – sursat baxımından güclü olan bolşeviklər və daşnakların mərhəmətsiz şəkildə hücumu ilə şəhərdə dəhşətli anlar yaşandı Şəhər məğlub olandan sonra zorakılıq nəticəsin mülki əhalidən minlərlə uşaq, qadın, qız və yaşlılar mərhəmətsizcəsinə qətlə yetirildilər. Xüsusilə erməni daşnak könüllüləri tərəfindən minlərlə vətəndaş şəhid edidi. Türkistan xalqının istəyi ilə qurulan Milli Muxtar Hökumət demokratiya əsasına görə qurulmasına baxmayaraq bolşevikler tərəfindən mərhəmətsiz şəkildə ortadan qaldırıldı. Bolşeviklər və onıların müttəfiqləri olan erməni daşnakları təkcə Xokand şəhərinə yox, ətraf kəndlərə də hücum edərək silahsız mülki əhaliyə amansız şəkildə qətliamlar törətdilər. Buna misal kimi 28 Fevral 1918 – ci tarixdə günü Xokand yaxınlığındakı Baçkır kəndinə birdən hücum edərək müdafiəsiz kənd əhalisini tamamilə qətlə yetirdiklərini göstərə bilərik. Ferqanə vilayətinin Bazarkorqan, Hokand kışlağı və digər kəndlərindəki daha əvvəl görünməmiş hər cür vəhşiliklər edərək, mülki xalqı tamamilə qətlə yetirib, onların var - dövlətlərini taladılar. Daşnaksütyun Erməni Milliyyətçiləri Partiyası 1890-ci ildə Tbilisidə quruldu. Türkistanda mülki əhaliyə qarşı qırğınlar törətdilər (1918-1919). Üzvləri özlərini "Daşnaklar" kimi qəbul edirlər. Daşnaksütyun Partiyasının nizamnaməsində terror və silah yolu ilə Böyük Ermənistan dövlətini qurmaq əsas planlardan biri kimi göstərilir. Bolşeviklər Türkistanda zorla Sovet rejimini qurandan sonra, Daşnak Partiyasının silahlı könüllülərindən Türkistanda Sovet rejimi əleyhinə mübarizələri basdırmaq üçün istifadə etdilər. Daşnaklar 1918-ci ilin fevral ayında qırmızı ordu əsgərləri birlikdə Xokand şəhərində kütləvi qırğınlar törətdilər. Xüsusilə 1918-1919 – cu illərdə Fərqanə vadisində İstiqlalçılara (Milli güclər) qarşı aparılan mübarizədə vətəndaş əhalidən 35.000 nəfəri vəhşicəsinə qətlə yetirdilər. Onların mal mülkünü talan etdilər. Yəni, ermənilərin vəhşilik və xəyanəti təkcə Türkiyə və Azərbaycanda yox, bir Türk yurdu olan Özbəkistanda da həyata keçirilmişdir. Şərqi Türkistanın son prezidenti Əlixantöre Sağuni, Türkiyə türkcəsinə mənim tərəfimdən tərcümə olunan "Türküstan qayğısı" adlı xatirələrində özünün də şahid olduğu bu qətliamdan belə söhbət açır: "Fərqanə muxtariyyəti hökumətinin üzvlərindən biri böyük qardaşım Alimxantöre cənabları idi. Bu işə sanki diş və dırnağı ilə mübarizə aparan bolşeviklər Müsəlmanların ən kinli düşmənləri sayılan ermənilərdən toplanan əsgərləri əskiksiz olaraq silahlandırıb, xalqın üstünə saldılar. Bunların baş komandirləri isə Türk qanına susamış, qanlı fəaliyyətləri ilə məşhur Daşnak Partiyasının üzvləri olduğundan Xokand şəhərində daş daş üstə qalmamışdı. Şüursuz xalq bütün bunları unutmuş belə olsa, düşmənin süngü və mizraq zərbələriylə ürəkləri parçalanan, göz qanları ilə könül səhifələrinə dəhşətli zülm məktublarını yazan tarixçilər bu kimi faciələri heç bir zaman unutmayacaqlar. Xalqın gözünü qorxudub, onlara dəhşətə salmaq üçün bir tərəfdən onları güllələyib, var – dövlətlərini talan edir, digər tərəfdən yanğınlar çıxarıb, bütün şəhərdə bazarları yandırırdılar. Bu hadisədən beş altı il sonra Xokanda gedəndə məhv edilib xarabalığa çevrilmiş çoxlu binalar, yandırılan dükanların yerində dayanan saysız kül təpələrini gözümüz gördü." -Yaxşı, bəs niyə bizim heç xəbərimiz olmadı bu soyqırımlardan? Biz həmişə ermənilərin Qafqazda və Anadoluda soyqırım törətdiklərini zənn edirdik... -Faşizmə görə bizim xəbərimizə olmaması lazım idi da ondan. Çünki Türkün xəbəri olsa: hesab soruşar Türkün hesab soruşmaması, üstəlik də soyqırıma özü məruz qalmamış kimi, qatillərin soyqırım iddialarına qarşı müdafiə etmə mövqesində olması lazım idi ona görə. Elə də oldu. Ermənilər, son 150 ildir rəsmi olaraq və açıq-aşkar könüllü Rusun köləsinə çevriliblər. Həmişə deyirik ki, "Osmanlıda ermənilərə milləti - sadiqə” deyirdilər. Müsəlman bir Türk ailəsi məsələn həccə gedəcəyi zaman uşaqlarını onlara əmanət edərdi." Bu, onların əslində çox sadiq olduqlarını, sonra kimlər tərəfindənsə aldadıqlarını göstərmir! Əksinə, parazit xarakterlərinin, güclünün nökəri olmaq prinsiplərini açıq göstəricilərindən biridir. -Uzun müddət Orta Asiyada yaşadınız, fəaliyyət göstərdiniz. Orta Asiyada Türk kimliyi necədir? Yeni yetişən gənclik necə türk kimliyinə sahibdirmi? - Mən heç vaxt xəyalpərəst olmamışam. Xoşbəxt günlərə inanmışam və ən təchizatlı şəkildə Orta Asiyay getmişəm. Mənfiliklər yoxdurmu Əlbəttə, var. Amma nə fərq edərdi, düşmən qardaşlarımızı necə aldatdıbsa, biz də qətiyyətlə oyandırmaq üçün mübarizə aparmalı idik. Qərbi Türkistan respublikaları hər keçən gün Türk kimliyindən bir az da möhkəm yapışır. Mənim 90- cı illərin ortalarındaki müşahidələrimlə indiki vəziyyət arasında çox böyük fərq var. Çünki uşaqlarımız artıq represiya dövründə bizim üçün təmiz qanlarını fəda edən atalarımızı xatırlamağa başlayıb! Onlardan oxuduqları hər sətir onlara yeni qanlardan bəhs edir. Represiya şəhidlerimiz, sağlıqlarında yox, amma ölümlərindən 50-60 il sonra məqsədlərinə çatırlar. Demək ki, doğrudan da Şəhidlər ölməz!... Qərb Türkistanın (mən Orta Asiya respublikaları demirəm) Türklüyünün təkrar xatırlayıb ayağa qalxmasında Qazaxıstan prezidenti hörmətli Nursultan Nazarbayevin fəaliyyəti çox əhəmiyyətlidir. Elmi - siyasəti də tərk etmədən addım - addım xalqını dirildir. Mağcanın uşaqlarının dirilməsi, hamımızın dirilməsinin müjdəçisi olacaq. Bundan başqa, Türk Şurasının qurulmasında və daha bir çox birlik cəhdində özünün xidmətlərini inkar edə bilmərik. -Tamam çox təşəkkür edirəm. Sonda nə demək istərdiniz oxucularımıza?!... -Son olaraq bunu demək istəyirəm: Biz dağılmış xalqlarımızı tanıyaq, onlara yaxınlaşaq, bizə və babalarımıza edilən xəyanətləri, soyqırımları unutmayaq ki, intiqam günü qələbə qazanaq. Zalımdan alınacaq ən böyük intiqam isə, onların qarşısında bir və diri olaraq dayanmaqdır. Bizim bu dik duruşumuz onsuz da onları əritməyə, bitirməyə kifayət edəcək. Mən Türk Birliyinə inanmıram ... Çünki "inanmaq" sözü olmayan və olmayacaq bir şeyə könüldən iman etməkdir. Mən Türk Birliyini GÖRÜRƏM... Bütün Türk Dünyasını professional mənada bilən və anladığını düşünən bir Türk insanı kimi bilirəm ki, birlik bizim qədərimizdə var.Alın yazısının önünə isə heç kim keçə bilməz. Söhbətləşdi: Oktay Hacımusalı/mdi-az.org Geri dön |