Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > Geomaqnit sahəsinin qeyri-sabit olacağı proqnozlaşdırılır
Geomaqnit sahəsinin qeyri-sabit olacağı proqnozlaşdırılır |
Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan bildirilib ki, hazırda Günəş ləkələrinin sayı azalıb. Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə olub. 10 MeV-dən çox enerji yüklü proton seli yanvarın 22-də və 28-də yüksələrək, S1 səviyyəli radiasiya qasırğası baş verib. Hazırda Günəş küləyinin sürəti normaldır (392 km/san). Yanvarın 29-dan fevralın 4-dək C sinif alışmanın baş verməsi ehtimalı 95 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 25 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1 faiz təşkil edir. Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı proqnozlaşdırılır. Günəş küləyinin sürətinin mənfi qütblü tac dəliklərindən çıxan yüksək sürətli zərrəciklər selinin təsiri ilə artacağı gözlənilir. Geomaqnit sahəsinin qeyri-sabit olacağı proqnozlaşdırılır. Geri dön |