Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Xərçəng əleyhinə vaksin sınaqdan keçirilir
Xərçəng əleyhinə vaksin sınaqdan keçirilir |
"Moderna" əczaçılıq şirkəti artıq xərçəng əlehinə vaksinini xəstələr üzərində sınaqdan keçirir.
Bu barədə Britaniyanın "The Independent" internet nəşri xəbər verib. Məlumata əsasən, COVID-19-a qarşı dərmanın istehsalı üçün uyğunlaşdırılmış mRNA texnologiyası orqanizmə xərçəng hüceyrələrini tanımaq və onlarla mübarizə aparmağa kömək edir. Ekspertlər güman edirlər ki, bu vaksinlər onkoloji xəstəliklərin əlverişli müalicəsinə gətirib çıxara bilər. Bədənə daxil olaraq mRNA-nın genetik materialı immun sistemini xərçəng hüceyrələrinin sağlam hüceyrələrdən necə fərqləndiyini "öyrədir" və onları məhv etmək üçün səfərbər edir. “BioNTech”, “Merck” və “Moderna” kimi şirkətlərin mRNA əsaslı xərçəng əleyhinə vaksinləri bütün dünyada kiçik sınaqlardan keçib və çox ümidverici nəticələr verib. Geri dön |