Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Milli Dirçəliş Hərəkatı Partiyasının BƏYANATI
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasi partiyalar, Fərəc Quliyev > Milli Dirçəliş Hərəkatı Partiyasının BƏYANATI

Milli Dirçəliş Hərəkatı Partiyasının BƏYANATI


BƏYANAT

Prezident seçkilərində böyük təcrübəsi olan Milli Dirçəliş Hərəkatı Partiyası Azərbaycanda keçirilən növbəti Prezident seçkilərində birbaşa namizədlə deyil, seçkiləri müşahidə missiyası ilə təmsil olunmuşdur. Partiya öz müşahidəçilərini qanunvericiliyin tələblərinə uyğun şəkildə qeydiyyatdan keçirmiş və müşahidəçilər seçki günü səsvermənin izlənməsi, müvafiq məlumatların Partiyanın qərargahı ilə paylaşılması üçün təlimlərə cəlb edilmişdir.
Seçki günü səsvemə prosesini yüzdən çox partiya üzvü ayrı-ayrı məntəqlərdə canlı müşahidə etmişdir. Onların günün müxtəlif saatlarında verdiyi məlumatlara əsasən Milli Dirçəliş Hərəkatı Partiyasının 7 fevral tarixində baş tutmuş Prezident seçkiləri ilə bağlı vahid rəyi hazırlanmışdır. Bu rəyə əsasən bildiririk ki, Prezident seçkilərində səsvermə prosesi Mərkəzi Seçki Komissiyası tərəfindən yüksək səviyyədə təşkil edilmişdir. Məntəqələr bütün zəruri avadanlıqla təchiz olunmuş, siyahılar zamanında dəqiləşdirilmiş və məntəqələrə yerləşdirilmişdir. Səsvermə günü seçici fəallığı çox yüksək olmuş, seçkiləri sosial mənsubiyyətinə, peşəsinə və ya siyasi baxışlarına görə fərqlənən xeyli sayda yerli və beynəlxalq müşahidəçi izləmişdir. Birbaşa müşahidə apardığımız hər bir məntəqədə 10 və daha çox sayda müşahidəçi olmuşdur.
İlk dəfə olaraq bütün ölkə ərazisini əhatə edən bu seçkilər işğaldan azad edilən torpaqlarda da uğurla təşkil olunmuşdur. Bu seçkiləri ölkənin müstəqillik tarixinin ən demokratik, azad, ədalətli və şəffaf seçkisi hesab edirik. Qeyd etmək lazımdır ki, sakit və dinc şəraitdə, heç bir qarşıdurma və ixtilaf olmadan keçirilən Azərbaycandakı Prezident seçkilərini digər ölkələr üçün nümunə hesab edilə bilər.
Prezident seçkiləri xalqın iradəsini tamamilə əks etdirmiş və Azərbaycana böyük uğurlar və qələbələr bəxş etmiş İlham Əliyev Azərbaycan Respublikasının yeni Prezidenti seçilmişdir. Azərbaycan xalqı Vətən müharibəsində olduğu kimi bu seçkilərdə də öz iradəsi və əqidəsi ilə qələbə qazanmışdır. Xalq və hakimiyyətin birliyi seçkinin uğurlu nəticəsini müəyyənləşdirmişdir. Seçkidən dərhal sonra xalqın bu qələbəni bayram etməsi seçkilərin ədalətli keçirildiyini və xalqın istəyini ifadə etdiyini bir daha təsdiqləyir. Milli Dirçəliş Hərəkatı Partiyası bu möhtəşəm qələbə münasibətilə İlham Əliyevi təbrik edir, partiyamızın çoxsaylı üzvləri adından Prezidentə Azərbaycan naminə yeni-yeni qələbələr arzulayırıq.

Milli Dirçəliş Hərəkatı Partiyası Mətbuat Xidməti

Geri dön