Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev:Qərbin qərəzli münasibətinə dəstək verənlər vətən xainidir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Qərbin qərəzli münasibətinə dəstək verənlər vətən xainidir

Fərəc Quliyev:Qərbin qərəzli münasibətinə dəstək verənlər vətən xainidir


Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri elan olandan dərhal sonra Qərb dairələri və bir sıra Avropa ölkələri açıq şəkildə düşmənçilik ortaya qoydular.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qərəzli qərarı, o cümlədən Fransa və Almaniyanın timsalında bir sıra Avropa ölkələrinin Azərbaycana qarşı ikili standartlardan yanaşması bu münasibətin kökündə başqa maraqların olduğunu göstərir.

Eyni zamanda daxildə də Qərbin bu münasibətinə dəstək verənlərin olması fərqli görüntü yaradır. Bütün bunlar və digər məsələlərlə bağlı Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev “Cebhe.info”-nun suallarını cavablandırıb.

Həmin müsahibəni təqdim edirik.

- Fərəc bəy, Qərbin haqsız yerə Azərbaycanı Avropa Şurası Parlament Assambleyasında (AŞPA) səsvermə hüququndan məhrum etməsi və prezident seçkiləri öncəsi Qərbin Azərbaycana qarşı qərəzli münasibəti nəyə hesablanmış addım idi?

- Bu gün Qərbin davranışları təbii ki, Azərbaycanın müharibədə qazandığı qələbəyə və yeni yaranan real şəraitə görədir. Qərb istəmir ki, bu bölgədə heç kimin orbitinə daxil olmayan bir güc olsun və Türkiyə ilə birgə yaradılmış Türk Dövlətləri Təşkilatı da bir güc kimi ortaya çıxsın, nəticədə də Qərb birlikləri və ayrı-ayrı ölkələr dominatlığını itirsin.

Çünki Azərbaycan həm karbohidrogen ehtiyatları istehsalçısıdır, həm də digər dövlətlərə karbohidroget eytiyatları tranzit edir. Eyni zamanda son vaxtlar Qırmızı dənizdə baş verən hadisələrdən sonra gəmilərin Ümid burnundan keçməsi xeyli vaxt itkisinə səbəb olur.

Daşımalarda Avropa ölkələrinin itkiləri böyükdür. Belə vəziyyətdə orta dəhlizə, yəni böyük “İpək yoluna” nəzarət edən bir dövlətin mövcud olması və Qərbdən də asılı olmaması onları heç qane etmir. Bölgədə isə son şərait kimi, müharibə bitib və sülh də bağlanarsa, artıq nə hakimlər, nə moderatorlar, nə də yeni pay sahiblərinə ehtiyac olmadığından Qərb dövlətləri bölgədən çıxmaq məcburiyyətində qala bilər.

Qafqazlardan çıxmaq isə Mərkəzi Asiyada mövqelərin zəifləməsi, ora keçidin kilidlənməsidir. Bütün bunlar ona dəlalət edir ki, Qərb Azərbaycana qarşı təzyiqləri artırsın və öz orbitinə salsın. Təzyiqlər vasitəsilə Azərbaycanı müstəqil siyasət yürütməkdən çəkindirsin. Təbii ki, burada Türkiyə amili də var.

Türkiyənin ən yaxşı müttəfiqi olan Azərbaycana təzyiqlərlə Türkiyənin Qafqaz siyasətinə zərbə vurmağa çalışırlar. 100 il əvvəlki məşhur Şərq siyasətinin tərkib hissəsi kimi yenə də eyni siyasət həyata keçirilir. Əlbəttə, burada müxtəlif amillərlə yanaşı Azərbaycana qarşı ona görə təzyiq edirlər ki, həm də seçki ərəfəsindən Avropa Şurası Parlament Assambleyasının mövqeyi və seçki vaxtı orta qoyduqları münasibət Azərbaycanda daxili qarşıdurma, etimadsızlıq yaratsınlar və göstərsinlər ki, Azərbaycan hakimiyyətinə görə biz belə davranırıq. Xalq və hakimiyyət arasında birlik pozulsun. Əslində, Avropa Şurasında baş verənlərin kökündə bir az da bu dayanır.

- Qərbin bu münasibətinə daxildən dəstək verən qüvvələr də var. Onlara münasibət necə olmalıdır?

- Bu haqda mətbuatda dəfələrlə çıxış etmişəm. Belə vəziyyətdə nəinki daxildə birlik olmalıdır, Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlər belə ortaq davranmağı bacarmalıdır. Belə halda biz kənardakı dostlarımızı belə toparlamağa çalışdığımız halda, əgər daxildə kimsə bu qüvvələrə dəstək verəcəksə, onlara münbit şərait yaradacaqsa, bu vətənə xəyanatdən başqa bir şey deyil. Bunun başqa adı yoxdur.

- Qərb eyni münasibəti bir müddət əvvəl Türkiyəyə qarşı da göstərdi və nəticədə Türkiyə Qərbdən uzaqlaşdı. Qərbin bu davranışı Azərbaycanı da eyni addımı atmağa vadar edə bilərmi?

- Xatırlayırsızsa, Almaniyanın Kansleri bildirmişdi ki, Avropa bir xristian evidir və bura Türkiyənin daxil olmasını istəmirlər. Hər zaman demişəm, bu gün də o fikirdəyəm ki, Azərbaycan və Türkiyə məvhərində olmaqda Türk Dövlətlər Birliyi yaranmalıdır və şükürlər olsun, bu gün o yaranıb.

Bunu “Yeni dünya düzəni siyasətində Azərbaycanın yeri və rolu” kitabında da 25 il əvvəl bunu yaşmışdım. Bizim Avropa evinin qapısında gözləməyə ehtiyac yoxdur. Əlbəttə biz münasibətləri sağlam saxlamağa çalışacağıq. Bu başqa məsələdir.

Avropa Şurasının son davranışı bizim mütəffiqimiz olan Avropa ölkələri ilə münasibətləri dəyişməməlidir. Onsuz da bunu arzulayırlar. Bizim Avropa 9 strateji müttəfiqimiz var, onları qorumalıyıq. Hesab edirəm ki, günün birində Qərb ölkələri geri çəkilmək məcburiyyətində qalacaq. Təpkilərimiz normaldır, cavablarımız adekvatdır.

Avropa Şurasında olan nümayəndələrimizin iclası tərk etməsi və bəyanat verməsi normal haldır. Biz bunlara baxmayaraq, siyasətin qaydası olan dostları çoxaltmaq, düşmənləri və onların yanında olan müttəfiq ölkələri azaltmaq yolunu tutmalıyıq. Avropa Şurası ilə olan münasibətimiz ayrı-ayrı Avropa ölkələrinə qarşı olmamalıdır. Biz Avropa ölkələri ilə ayrı-ayrılıqda münasibət qurmaqla Avropa Şurasının bizə qarşı olan mövqeyinin mahiyyətinə zərbə vurmuş olarıq.

Amma bu qarşıdurma, “soyuq savaş” bir müddət davam edəcək. Bütün göstəricilər onu deməyə əsas verir ki, Azərbaycan və Türkiyə bu vəziyyətdən güclü çıxacaq. Bizim mövqeyimiz də, gücümüz də və əsası haqlı olmağımız bunu sübut edir. Çətin olsa da, hesab edirəm ki, bizə olan qərəzli münasibət olsa da, Azərbaycan mövqeyini qoruyub saxlayacaq.

Azərbaycanın Qərb təşkilatlarında düşmənləri var və onlar bizim əleyhimizə iş aparırlar. Bizim də orada olmağımız və yerində onlara cavab verməyimiz vacib şərtlərdən biridir. Ora bir meydandır və istənilən platformada olmağımız vacibdir. Amma gedişat dəyişə, fərqli qərarlar ola bilər, ona da gələcəkdə baxmaq mümkündür.

Vilayət Muxtar/Cebhe.info

Geri dön