Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Erməni "oğru"nu Bakıda necə nakişi etdilər? - TƏFƏRRÜATLAR
Erməni "oğru"nu Bakıda necə nakişi etdilər? - TƏFƏRRÜATLAR |
Bu il yanvarın 16-da Moskvada sui-qəsd nəticəsində qətlə yetirilmiş "Ded Hasan" ləqəbli "oğru" Aslan Usoyanın yaxın adamlarından biri Armen Kazaryanın Nyu-Yorkda məhkəməsi başa çatıb.
New York Times- bildirir ki, "səhiyyə fırıldağı" adlandırılan cinayətkar qruplaşmanın təşkilatçısı reketdə suçlanıb. O, cəzasını çəkəndən sonra ABŞ-dan deportasiya ediləcək. Nyu-Yorkun Manhetten Federal Məhkəməsinin qərarına görə, Armen Kazaryan 37 ay müddətinə azadlıqdan məhrum olunub. ABŞ Federal Təhqiqat Bürosunun rəsmi saytında bildirilir ki, prokuror Prita Bahararın qərarına görə, Kazaryan istintaq zamanı 28 ay həbsdə qaldığı üçün o, yalnız 9 ay həbsxanada qalacaq. Halbuki ilkin olaraq Kazaryanın 75 il həbs cəzası alacağı gözlənilirdi. "Kommersant" bildirir ki, məhkəmənin qərarına görə, "Pzo" ləqəbli "oğru" Armen Kazaryan 60 min dollar məbləğində cərimə ödəməlidir. Bundan başqa, onun azadlığına 3 illik məhdudiyyət qoyulub. Hakim Pol Qardefi bir müddət sonra Pzonun daşınmaz əmlakının müsadirəsi barədə də qərar qəbul edəcək. Həmin əmlak arasında Pzonun Los-Anceles şəhəri yaxınlığındakı Qlendeyldə yerləşən 600 min dollarlıq malikanəsi də var. "Pzo" ləqəbli Armen Kazaryan 2010-cu ilin oktyabrında onlarla başqa şəxslə birlikdə Birləşmiş Ştatlarda təqaüdçülərə tibbi xidmət sistemindəki fırıldaqlara görə həbs olunmuşdu. ABŞ tarixində Kazaryan postsovet ölkələrindən olan ikinci "oğru"dur ki, həbsxanaya salınıb. Ondan əvvəl "Yaponçik" ləqəbli Vyaçeslav İvankov 1995-ci ilin iyun ayında Nyu-Yorkda quldurluqda suçlanaraq tutulmuşdu. Kazaryan RİCO üzrə qanunla həbs edilmiş ilk "oğru"dur. RİCO "sistematik mütəşəkkil cinayətkar fəaliyyətlə məşğul olan şəxslər"in cəzalandırılmasını nəzərdə tutur. Kazaryanın dəstəsinin ABŞ-ın qərb sahillərindəki fəaliyyətinə David Mirzoyan, şərq sahilindəki işlərə isə Robert Tercanyan rəhbərlik edirdi. ABC bildirir ki, "Pzo" ləqəbi ilə tanınan, Moskvada qətlə yetirilmiş "Ded Hasan" ləqəbli Aslan Usoyanın ən yaxın adamlarından olan Armen Kazaryan əslən Bakıdan olan ermənidir. "Pzo"nun məhkəmə prosesində çox maraqlı olaylar yaşanıb. Belə ki, həbsdən qurtulmaq istəyən A.Kazaryan "oğru aləmi"ndə əsla yolverilməz, "bişərəflik" sayılan addım atıb. A.Kazaryanın göstərişi ilə onun vəkili, məşhur kaliforniyalı vəkil Mark Qeraqos çıxışında deyib: "Müvəkkilimin "oğru" olması, "kriminal avtoritet" kimi tanınması barədə deyilənlər yalandır. O, adi insan, həbsxanada təzyiqlər və təhqirlərə məruz qalmış adamdır". Halbuki Pzo "oğru"dur. "MK" bildirir ki, Kazaryan hələ 1991-ci ildə Rostov-Don şəhərindəki "oğru sxodka"sında "oğru" titulu almışdı. Pzo silah, daş-qaş, nadir metallar, narkotik maddələr alveri, habelə adam oğurluğu və quldurluqla məşğul olan mütəşəkkil cinayətkar qruplaşmaya başçılıq edib. Məhkəmə prosesində hakim "Pzo" ləqəbli Armen Kazaryanın tərcüməyi-halındakı detallara da diqqət yetirdiyini deyib. Azərbaycanda doğulan erməni olan Pzo 1996-cı ildə ABŞ-a mühacirət edib. Hakim deyib: "Aparılan təhqiqat göstərir ki, Armen Kazaryan yanlış və yalan məlumatlar verib. Kazaryan bildirib ki, onun atası 1990-cı ilin yanvarında Bakıda yandırılıb. Lakin əlimizdə olan danılmaz faktlar göstərir ki, "atanın yandırılması" iddiası yalandır. Kazaryanın atası sağdır və Azərbaycanda da heç bir təqibə məruz qalmayaraq ailəsi ilə birlikdə Bakını tərk edib". RİA Novosti bildirir ki, Armen Kazaryanın Bakını tərk edəndən sonra məskunlaşdığı Rostov-Don şəhərindən qaçmasının yeganə səbəbi yerli slavyan "oğru"ların onu fırıldaqçılıq, yalan və "oğru şərəfi"ni pozmaqda suçlayaraq qətlə yetirmək istəyi olub. Məhkəmədə "oğru şərəfi" anlayışını tapdalayan Pzonun tapşırığı ilə vəkili Mark Qeraqos deyib: "Cənab hakim, bir daha bəyan edirəm ki, müvəkkilim "oğru" və ya mafiya başçısı deyil. O, adi, həbsxanada təzyiq və təhqirlərə məruz qalmış adamdır. Belə ki, Armen Kazaryan Bakıda qısamüddətli həbsdə olarkən azərbaycanlı kriminal elementlər ona təcavüz ediblər. Oğru aləmində bu əməl "nakişi etmək" adlanır. Kazaryan belə hadisəyə məruz qaldığından, "oğru" sayıla bilməzdi". ABŞ-a mühacirət edəndən sonra Armen Kazaryan heç bir yerdə işləməyib. Lakin buna rəğmən, onun lüks villa və mənzilləri, 150 min dollarlıq Rolls Royce Phantom avtomobili, Bank Of America-da hesabları vardı. Pzo Las-Veqasdakı Wynn kazinosunda 1 milyon dollar da uduzub. Kazaryanın "Bakıda yandırılıb" dediyi atası Moskvada yaşayır və bir neçə ərzaq dükanının sahibidir. Geri dön |