Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Radikal dairələrin və erməni təbliğatının iddiaları arzudu
Fərəc Quliyev:Radikal dairələrin və erməni təbliğatının iddiaları arzudu |
Fərəc Quliyev: “Hesab edirəm ki, biz o dövlətlərdən əlavə də, bizə qarşı olan dövlətləri öz mövqeyimizə gətirməyə çalışmalıyıq”
Bəzi radikal dairələr və xüsusilə də erməni təbliğat maşını iddia edirdi ki, Azərbaycan Rusiya ilə yaxlnlaşdığı üçün Qərblə əlaqələri tamamilə zəifləyib. Xüsusilə də suverenliyimizi bərpa edəndən sonra belə iddialar daha çox səslənirdi. Ancaq Əliyevin Münhendə keçirdiyi görüşlər tam bunun əksini sübut etdi. Qeyd edək ki, həmin görüşlərin demək olar hamısı qarşı tərəflərin təşəbbüsü ilə baş tutub. Bir daha göründü ki, Qərbin Azərbaycana marağı böyükdür və bir Ermənistana görə bu maraqları qurban verməz. Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, radikal dairələrin və erməni təbliğatının iddiaları arzudu, biz bu arzuların reallaşmasına imkan verməməliyik: “Onlar çalışırlar ki, Azərbaycan Qərblə münasibətlərini tamamilə pozsun, müəyyən məsələlərdə təklənmiş vəziyyətdə qalsın. Bizim hər zaman prinsipial mövqeyimiz o olub ki, Avropada bəzilərinin bizə münasibətinə baxmayaraq, biz bu münasibəti ayrı-ayrı Qərb dövlətlərinin münasibəti kimi qəbul etməməliyik. O dövlətlərlə əlaqələrimizi üstün səviyyədə saxlamalıyıq. Onların özləri də bizə qarşı münasibət bildirməyib. Yüzlərlə üzvü olan təsisatların bir neçə üzvünün münasibətini həmin təsisata aid etməli deyilik. Yaxşı işləməli və qazanmalıyıq. Ən azından bura bir tribunadır, bu tribunanı ermənilərə və başqa düşmənlərə verə bilmərik. Əleyhimizə görülən işlərə yerindəcə cavab verməyi bacarmalıyıq. Eyni zamanda strateji baxımdan Azərbaycanın ticarət dövriyyəsinin 50 faizdən çoxu Qərb dövlətlərinin üzərinə düşür. Qərbin özünün enerji təhlükəsizliyi Azərbaycan enerjisinə bağlıdır. Ayrı - ayrı Qərb dövlətləri ilə strateji müttəfiqliyimiz var. Xüsusilə də bunun 9 dövlətlə olduğunu qeyd etmək istəyirəm. Bizi hər zaman çox ciddi məqamlarda müdafiə edən İtaliya, İngiltərə kimi dövlətlər mövcuddur. Hesab edirəm ki, Azərbaycan Prezidentinin Münhendə olan son görüşü onu göstərdi ki, bu dövlətlərdə məsələyə çox ciddi baxırlar. Azərbaycanla Qərb təsisatları arasında münasibətlərin üstün səviyyədə qalmasında maraqlıdırlar. İstənilən hansısa bir qınağı, istəyi eşidəndə, onu düşmənçilik kimi qəbul etmək olmaz. O dövlətlər də, təsisatlar da fikir bildirəndə bir neçə auditoriyaya hədəflənmiş fikir bildirirlər. Ancaq gerçək ortadadır. Praqmatik bir siyasət yürüdürük, yürütməyə də davam etməliyik. Mən hesab edirəm ki, biz o dövlətlərdən əlavə də, bizə qarşı olan dövlətləri öz mövqeyimizə gətirməyə çalışmalıyıq. Bizim strateji olaraq xarici siyasətdə məqsədimiz Türk Dövlətləri Təşkilatında möhkəmlənmək, təhlükəsizliyimizi, inkişafımızı bu evdə davam etdirməkdir. Əsas baza prinsipimiz bu olmalıdır. Ancaq digər tərəfdən Qərb dövlətlərini də itirməməliyik”. Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyev bir sıra görüşlər keçirib. Buraya dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, özəl sektorun nümayəndələri daxildir. İlham Əliyevin: - İtaliyanın “Leonardo” şirkətinin baş həmdirektoru Lorenzo Mariani ilə, - ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borq ilə, - Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Reno-Basso ilə, - ABŞ Prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteyn ilə, - Almaniya Bundestaqının Xristian-Demokrat/Xristian-Sosialist İttifaqı fraksiyasının xarici, təhlükəsizlik və müdafiə siyasəti üzrə sədr müavini, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri Yohan David Vadeful ilə, - İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə, - Almaniyanın Şərqi Biznes Assosiasiyasının icraçı direktoru Mixael Harms ilə, - Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə, - ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri ilə, - İraqın Kürdüstan Regionunun Başçısı Neçirvan Bərzani ilə, - “Indra” şirkətinin prezidenti, idarə heyətinin sədri Mark Tomas Murtra ilə görüşləri keçirilib. Rəsmi xəbərlərdə qeyd edilir ki, bütün bu görüşlərin hamısı qarşı tərəflərin müraciətlərinə əsasən baş tutub. Görüşlər haqqında müraciətlərin və görüşlərin intensivliyi Azərbaycan Prezidentinin yüksək nüfuzunun, onun şəxsiyyətinə olan böyük hörmət və diqqətin bariz nümunəsidir. Dövlət başçısının qrafikinə baxdıqda mövcud intensivliyi Azərbaycanla əməkdaşlıq etmək istəyənlərin sayının həddən artıq olması ilə izah etmək olar. Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com Geri dön |