Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İşğal dövründə dağıdılan su anbarlarının sayı açıqlandı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > İşğal dövründə dağıdılan su anbarlarının sayı açıqlandı

İşğal dövründə dağıdılan su anbarlarının sayı açıqlandı


İşğal dövründə Ermənistan tərəfindən Azərbaycanın su infrastrukturuna ciddi ziyan vurulub.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müşaviri Çingiz Abdullayev “Qarabağ bölgəsində su və kanalizasiya infrastrukturunun yenidən qurulması” mövzusunda konfrasda çıxışı zamanı deyib.

“30 il ərzində 10 su anbarı, 1200 km suvarma kanalları dağıdılıb. Ermənistan tərəfindən su hövzələri çirkləndirilib, su ehtiyatlarından siyasi təzyiq vasitəsi kimi istifadə edilib. Sərsəng su anbarından kortəbii və siyasi təzyiq vasitəsi kimi istifafə edilib.

Su anbarlarından Tərtərçaya çox az su buraxılıb. Azərbaycan dəfələrlə bu məsələlərlə bağlı beynəlxalq təşkilatlara müraciət etsə də, işğalçı dövlət buna məhəl qoymamışdı. Artıq işğaldan azad edilən ərazilərdə su infrastruktunun bərpası istiqamətində işlər görülür”, - deyə o bildirib.

Geri dön