Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azad edilmiş üç şəhər və iki qəsəbədə avtomat meteoroloji stansiyalar quraşdırılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Azad edilmiş üç şəhər və iki qəsəbədə avtomat meteoroloji stansiyalar quraşdırılıb

Azad edilmiş üç şəhər və iki qəsəbədə avtomat meteoroloji stansiyalar quraşdırılıb


Oxçuçayda aparılan monitorinq nəticəsində məlum olub ki, çay Ermənistan tərəfindən mütəmadi çirkləndirilib. Götürülən nümunələrdə yüksək miqdarda ağır metallarla çirklənmə qeydə alınıb.

Bunu Ekologiya və Təbii sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov "Qarabağ bölgəsində su kanalizasiya infrastrukturunun yenidən qurulması" ilə bağlı keçirilən çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Oxçuçayın ekoloji çirkləndirilməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciətlər edilib.

“İşğalaqədərki dövrdə Qarabağda 17 hidroloji, 9 meteoroloji stansiya fəaliyyət göstərirdi. İşğaldan azad edildikdən sonra biz o ərazilərə səfər edərkən gördük ki, bütün stansiyalar, məntəqələr məhv edilib, dağıdılıb. 2021-ci ildə işğaldan azad edilmiş ərazilərdən keçən 10 çay üzərində 11 avtomat hidroloji stansiya qurulub. Transsərhəd çaylar üzərində keyfiyyət sensorları da quraşdırılıb. Bundan başqa, Şuşa şəhərində, Zəngilan rayonunun Mincivan qəsəbəsində, Füzuli şəhərində, Ağdam şəhərində və Kəlbəcər rayonunun İstisu qəsəbəsində avtomat meteoroloji stansiyalar quraşdırılıb”, - deyə rəis müavini əlavə edib.

Geri dön