Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev Azərbaycan Xalq Cəbhəsi parlamentdə demokratik blok yaratmışdı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev Azərbaycan Xalq Cəbhəsi parlamentdə demokratik blok yaratmışdı

Fərəc Quliyev Azərbaycan Xalq Cəbhəsi parlamentdə demokratik blok yaratmışdı


1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən soyqırımı zamanı dinc azərbaycanlı əhaliyə amansızlıqla divan tutulub, 613 nəfər qətlə yetirilib, meyitlər təhqir olunub, 1275 nəfər girov götürülüb. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl və qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.

Xocalı soyqırımı törədilərkən Azərbaycan parlamentini XII çağırış Ali Sovetin deputatları təşkil edirdi.

Modern.az saytının əməkdaşı həmin dövrdə deputat olmuş parlamentarlarla əlaqə saxlayaraq, onlardan Ali Sovetin hadisəyə reaksiyasını xatırlamağı istəyib.
Həmin dövrdə deputat olmuş Fərəc Quliyev deyib ki, Azərbaycan Xalq Cəbhəsi parlamentdə demokratik blok yaratmışdı:


"Həmin dövrdə Azərbaycan Xalq Cəbhəsi demokratik blok yaratmışdı. O zaman biz Xocalı və 20 Yanvar hadisələrini törədənlərin cinayət məsuliyyətinə cəlb olunması kimi tələb səsləndirirdik. Mən bu gün də deyirəm ki, 366-cı motoatıcı alay keçmiş SSRİ-nin yox, Rusiyanın idi. Çünki onda artıq SSRİ dağılmışdı. Ünvanlar düzgün göstərilməlidir. Azərbaycanın düşmənləri bilməlidir ki, onlar unudulmurlar. Nə vaxt imkan olarsa, onlar cəzalandırılmalıdır. Prezidentliyə namizəd olanda da demişdim ki, 20 Yanvar və Xocalı hadisələrini törədənləri harada olursa-olsun infaz edəcəyik. Mənim mövqeyim təbii ki, 32 ildə dəyişməyib. Düşünürəm ki, məsələ sona çatmayıb. Xocalı və 20 Yanvar hadisələrinin qatilləri ən ağır şəkildə cəzalandırılmalıdır! Beynəlxalq təşkilatlara da müraciət etdik. Müraciətdə tələb etmişik ki, indiyə qədər baş verənlərə qarşı səssizliyi pozsunlar. Xocalı qatillərinin məhkəmə qarşısında cavab vermələri üçün səylərini birləşdirsinlər".

F.Quliyev onların tələblərinə lazımi reaksiyanın verilmədiyini söyləyib:


"Demokratik blokun tələblərinə çox təəssüf ki, bizim istədiyimiz kimi reaksiya olmadı. Bu günə qədər də hesab edirəm ki, Xocalı və 20 Yanvar qətliamının qatilləri layiq olduqları cəzanı almayıblar".

Turqay MUSAYEV/modern.az

Geri dön