Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dünyanın ən böyük buz sahəsi əriyir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Dünyanın ən böyük buz sahəsi əriyir

Dünyanın ən böyük buz sahəsi əriyir


Antarktidada dəniz buzları ardıcıl üçüncü ildir ki, ən aşağı səviyyəyə enib. Qitə ətrafında üzən buzların sahəsinin 2 milyon kvadrat kilometrdən aşağı düşdüyü müəyyən edilib.

Cənub yarımkürəsində yerləşən və Cənub qütbünü ehtiva edən Antarktika qitəsi qlobal istiləşməyə ən çox məruz qalan ərazidir. Qlobal istiləşmə nəticəsində Antarktidanın buzlaqları əriyir və dəniz səviyyəsini yüksəldir. Yeni araşdırmalara görə, Antarktidada dəniz buzlaqları ardıcıl üçüncü ildir ki, ən aşağı səviyyəyə düşüb və bu da “ani kritik keçid”ə işarə edir.

Antarktidada dəniz buzunun peyklə ölçülməsinə 1979-cu ildə başlanılıb. Ərimə həddi 2022-ci ilə qədər nəzərə çarpacaq dərəcədə pozulmamışdı. Lakin son 3 ildə bu həddi keçib və buz kütləsi ən aşağı səviyyəyə enib. ABŞ Milli Qar və Buz Məlumat Mərkəzinin yeni məlumatları təsdiqləyir ki, son üç il qitə ətrafında üzən dəniz buzunun ərimə miqdarı ən aşağı göstərici və rekord həddədir.
Manata nəzərən avronun məzənnəsi 1.8451 manat təşkil edir. 1 Türkiyə lirəsi 0.0544 manat, 1 Rusiya rublu 0.0184 manat, 100 İran rialı 0.0040 manat, 1 Gürcüstan larisi 0.6411 manat olub.

Geri dön