Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:44 günlük müharibədən sonra ölkədə hər kəs ürəyində İlham Əliyevin heykəlini qoymuşdu
Fərəc Quliyev:44 günlük müharibədən sonra ölkədə hər kəs ürəyində İlham Əliyevin heykəlini qoymuşdu |
"AXCP sədri Əli Kərimli sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib ki, Saxta seçkidə adına 92 faizlik qələbə yazdırmaqla deyil. Rejimin özgüvəni yoxdur. Bizimlə siyasi rəqabətə hazır deyil".
SİA olaraq mövzu ilə bağlı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin münasibətini öyrənib. Partiya sədri bildirib ki, ölkədə tam şəffaf, demokratik seçki keçirildi: “Hər kəs bilirdi ki, ölkə prezidentinin kifayət qədər böyük reytinqi var. Xüsusilə də, 44 günlük müharibədən sonra ölkədə hər kəs ürəyində İlham Əliyevin heykəlini qoymuşdu. Yəni, o seçkidə kimin nə formada iştirak etməsindən asılı olmayaraq, cənab Prezident birmənalı şəkildə böyük üstünlüklə qalib gələcəyi heç kim üçün sürpriz deyildi”. F.Quliyev qeyd edib ki, MDHP seçkilərdə iştirak etməsə də, yüzdən çox müşahidəçiləri məntəqələrdə müşahidə, monitorinq aparıb: “Seçki şəffaf və indiyə qədər olmayan səviyyədə iştirakçılıqla yaddaqalan seçki oldu. İndi Əlinin, Vəlinin, Pirvəlinin nə deməsindən asılı olmayaraq bunu Azərbaycan cəmiyyətində hər kəs bilir. Bu, açıq şəkildə qərəzli yanaşmadır. Bu kimi addımlar qərb dairələrindən Azərbaycana təzyiq cəhdləri olan dövrdə qərbin sifarişi ilə onlara dəstək verməkdən ibarətdir”. Müəllif: Rəşid Qarayev/sia.az Geri dön |