Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Qida zəncirində fəaliyyət sahələri üzrə risk balları müəyyənləşib
Qida zəncirində fəaliyyət sahələri üzrə risk balları müəyyənləşib |
Sabit risk meyarına uyğun olaraq qida zəncirində fəaliyyət sahələri üzrə risk balları müəyyənləşib.
Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Qida təhlükəsizliyinə risk əsaslı dövlət nəzarətinin aparılması Qaydası”nda əksini tapıb. Qaydaya əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan dövlət nəzarəti tədbirləri konkret qida obyektlərində (subyektlərində) qida təhlükəsizliyi sahəsində tələblərin yerinə yetirilməsinin yoxlanılması məqsədilə Agentlik tərəfindən müvafiq olaraq həyata keçirilən qanunda nəzərdə tutulan nəzarət tədbirlərindən ibarətdir. Müəyyən edilən sabit risk meyarlarına və dəyişkən risk meyarına uyğun olaraq yekun risk balından asılı olaraq aşağıdakı qaydada müəyyən edilir: -106-165 bal – yüksək; -82-105 bal – orta; -50-81 bal – aşağı. Qida obyektində (subyektdə) daha əvvəl nəzarət tədbirinin aparılmaması səbəbindən dəyişkən risk meyarına uyğun olaraq risk balının müəyyən edilməsi mümkün olmadıqda, yalnız sabit risk meyarlarına uyğun olaraq müəyyən edilmiş risk balından asılı olaraq ilkin risk qrupu aşağıdakı qaydada müəyyən edilir: -55-75 bal – yüksək; -35-50 bal – orta; -20-30 bal – aşağı. Qida obyektlərinin (subyektlərinin) risk qruplaşdırılması “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” İnformasiya Sistemi (AQTİS) vasitəsilə təmin edilir. Qida obyekti və ya obyekti olmadan fəaliyyət göstərən subyekt birdən çox fəaliyyət sahəsi ilə məşğul olduğu halda risk balı ən yüksək olan fəaliyyət sahəsi əsas götürülür. Dəyişkən risk meyarı üzrə sonuncu yoxlamanın nəticəsində birdən çox qərar qəbul edildikdə, risk balı ən yüksək olan qərar əsas götürülür. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlmədən aparılan dövlət nəzarəti tədbirləri qida təhlükəsizliyi sahəsində vəziyyətin öyrənilməsi və bu sahədə riskin qiymətləndirilməsi məqsədilə qida təhlükəsizliyi göstəricilərinin monitorinqindən və sonuncu yoxlama nəticəsində aşkar edilmiş pozuntuların və ya onların nəticələrinin müəyyən edilmiş müddət ərzində aradan qaldırılmasına dair qərarın yerinə yetirilməsi haqqında sahibkar tərəfindən verilən məlumatların doğruluğunun araşdırılmasından ibarətdir. Dövlət nəzarəti tədbirlərinə cəlb olunan resursların səmərəli istifadəsi və monitorinqlər vasitəsilə qida təhlükəsizliyi sahəsində vəziyyətin öyrənilməsi aşağıdakılar nəzərə alınmaqla təmin edilir: - qida və yem məhsullarının müəyyən edilən risk balı; - qida və yem məhsulları üzrə istehlakçı şikayətləri; - qida mənşəli zəhərlənmələr üzrə məlumatlar; - qida və yem məhsullarının tədqiqi və sınağı ilə bağlı nəticələr; - dövlət nəzarəti tədbirlərinin nəticələri. Qida təhlükəsizliyi sahəsində vəziyyətin öyrənilməsi və riskin qiymətləndirilməsi nəticəsində aşağıdakılar təmin olunur: -. qida və yem məhsullarının təhlükəsizliyi sahəsində dövlət siyasətinin prioritet istiqamətlərinin müəyyən edilməsi; - təhlükəli qida və yem məhsullarının dövriyyəsinin qarşısının alınması üzrə Tədbirlər Planının işlənilib hazırlanması; - qida və yem məhsullarının bioloji, kimyəvi və fiziki maddələrinin, o cümlədən baytarlıq preparatlarının, aqrokimyəvi maddələrin, bitki mühafizə vasitələrinin və çirkləndirici maddələrin qalıqları ilə ümumi çirklənmə səviyyəsinin müəyyən edilməsi. Qida təhlükəsizliyi sahəsində vəziyyətin öyrənilməsi və riskin qiymətləndirilməsi məqsədilə, habelə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanuna əsasən Agentliyə məlumat verilmədikdə və ya verilmiş məlumatın yanlış olduğu müəyyən edildikdə, konkret qida obyektinin (subyektinin) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə dövlət nəzarəti tədbirlərinin həyata keçirilməsi bu Qaydaya uyğun olaraq təmin edilməlidir. Geri dön |