Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Yaponiyalı alimlər dünyada ilkə imza atıblar
Yaponiyalı alimlər dünyada ilkə imza atıblar |
Yapon həkimlər dünyada ilk dəfə canlı donorlardan həm ağ, həm də qaraciyərlərin hissələrinin eyni vaxtda transplantasiyasını həyata keçiriblər.
18 saat davam edən əməliyyat noyabrda aparılıb və xəstə martın əvvəlində evə buraxılıb. Xəstə 10 yaşlı uşaq olub. Onda anadangəlmə diskeratoz - mürəkkəb genetik xəstəlik aşkarlanıb. Bu xəstəliyin simptomları dərinin, selikli qişaların anomaliyaları, sümük iliyinin çatışmazlığı, bədxassəli xəstəliklərin inkişafıdır. Donorlar valideynlər və babası olub. Valideynlərdən ağciyərlərin sağ və sol hissələri, babadan isə qaraciyərin bir hissəsi götürülüb. Bildirilib ki, həm xəstə, həm də donorlar özlərini normal hiss edirlər və həkim nəzarətinə ehtiyac duymurlar. Geri dön |