Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Növbəti aylarda qızılcaya yoluxma ilə bağlı vəziyyətin normallaşması proqnozlaşdırılır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Növbəti aylarda qızılcaya yoluxma ilə bağlı vəziyyətin normallaşması proqnozlaşdırılır

Növbəti aylarda qızılcaya yoluxma ilə bağlı vəziyyətin normallaşması proqnozlaşdırılır


Qızılca keçirən şəxsin əldə etdiyi immunitet kifayət qədər davamlıdır, təkrar xəstələnmə çox nadir hallarda baş verir. Peyvənd nəticəsində əldə edilən immunitet təbii immunitetə nisbətən daha az davamlıdır və peyvənd olunandan 15-20 il sonra zəifləyərək, insanı yoluxmadan qorumaya bilər. Əgər şəxsdə immundefisit vəziyyəti varsa, immunitet daha az müddətli ola bilər.

Bunu açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. O bildirib ki, qızılca ilə müvafiq səhiyyə qurumları aktiv mübarizə aparırlar:
"Əksepidemik tədbirlər aktiv həyata keçirilir. Qızılcaya həssas şəxslər 1-40-yaşadək aşkarlanaraq öz müraciətləri əsasında peyvənd olunurlar. Hazırda epidemioloji durumun sabitləşməsi, bəzi bölgələrdə yoluxma hallarının sayının azalmasını müşahidə edirik. Lakin ölkənin iri şəhərlərində xəstələnmə halları lokal olaraq hələ də müşahidə edilir. Ümumiyyətlə, növbəti aylarda vəziyyətin normallaşması proqnozlaşdırılır".


Geri dön