Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Yupiterin peykində bir milyon insanı təmin edəcək oksigen yaranır
Yupiterin peykində bir milyon insanı təmin edəcək oksigen yaranır |
NASA-nın reaktiv laboratoriyası Yupiterin 95 peykindən birində - Avropa adlandırılan peykdə hər gün min tona qədər oksigen əmələ gəldiyini müəyyən edib.
Yupiterin ən yaxın altıncı peyki olan Avropa Aydan bir qədər kiçikdir. Yer kimi, onun da qayalı mantiyaya və sərt nüvəyə malik olduğu ehtimal edilir. Alimlərin apardıqları hesablamalar peykin saniyədə təxminən 12 kiloqrama yaxın oksigen istehsal etdiyini göstərir. Bu məlumatlar 2022-ci ildə NASA-nın “Yuno” kosmik zondu tərəfindən toplanıb. Təşkilatın Yuno missiyası qaz nəhəngləri arasında ən yaxşı nümunə olan Yupiterin tarixini öyrənərək onun peyklərinin yaranma mərhələlərini anlamağa çalışacaq. NASA Yupiterin sözü gedən peykində ətraflı kəşfiyyat işləri aparmaq və orada həyat üçün əlverişli şəraitin olub-olmadığını müəyyən etmək üçün 2024-cü il oktyabrın 10-da “Avropa Clipper” missiyasına başlamağı planlaşdırır. Alimlər Avropa peykinin Yerdən kənarda həyat üçün uyğun mühitləri tapmaqda ən perspektivli yer ola biləcəyini ehtimal edirlər. Geri dön |