Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > İçərişəhər və Qala qoruğunda bayram əhval-ruhiyyəsi
İçərişəhər və Qala qoruğunda bayram əhval-ruhiyyəsi |
İçərişəhər və Qala qoruğunda bayram ovqatı davam edir. Ziyarətçilər çərşənbə tonqalının yandırılması ilə yanaşı digər bayram adətlərinin həyata keçirilməsində iştirak edirlər. İçərişəhər və Qaladan rəngarəng görüntüləri Sizə təqdim edirik.
Həmçinin, Novruz bayramı və Ramazan ayının eyni vaxtda insanlara ikiqat şən əhval-ruhiyyə bəxş etdiyi bir dövrdə ziyarətçilər üçün İçərişəhərdə “Ramazan turu” və Qala Qoruğunda ”Novruz turlar"ı təşkil olunur. Həftənin şənbə günləri keçirilən “Ramazan turu” zamanı, qonaqlar bələdçilərin müşayiəti ilə Şirvanşahlar Saray məscidləri, Sıratağlı Dini-memarlıq kompleksi, Seyid Yəhya Bakuvi türbəsi, Məhəmməd məscidi, Bəylər məscidi, Cümə məscidi və İçərişəhərdəki digər məscidləri ziyarət edib, onların tarixi ilə tanış ola bilərlər. Qala Arxeoloji-Etnoqrafik muzey kompleksində çərşənbə axşamı günləri və 20-26 mart 2024-cü il Novruz bayramı tətil günlərində təşkil olunan “Novruz turları” zamanı ziyarətçilər qurama sənətinin incəlikləri ilə tanış ola, ağac qorxutma, bacadan şal sallama, “Qodu -qodu” mərasim nəğməsi söyləmə, buğda qovurma (qovurğa), yumurta döyüşdürmə və digər ən-ənəvi çərşənbə adətləri ilə yanaşı, birlik və bərabərlik rəmzi olan yallı rəqsində iştirak edə bilərlər. “Ramazan turu” ilə bağlı daha ətraflı məlumat üçün 012 505 94 15 və “Novruz turları” ilə bağlı isə 012 459 14 37 və 050 470 04 03 nömrələri ilə əlaqə saxlamaq olar. Geri dön |