Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > Mingəçevirdə 6 məcburi köçkün ailəsi küçələrdə gecələyir
Mingəçevirdə 6 məcburi köçkün ailəsi küçələrdə gecələyir |
Mingəçevir şəhəri “Azərkabel” zavodunun laboratoriyasının binasında məskunlaşan 6 məcburi köçkün ailəsi bir neçə gecəni küçələrdə kecirməli olub.
Məcburi köçkünlərin verdiyi məlumata əsasən, onların məskunlaşdığı həmin bina əvvəldən qəzalı vəziyyətdə olub. Son zamanlar isə sovetdən qalma bu ikimərtəbəli binanın çökdüyünü və yaşayış üçün təhlükəli olduğunu bildiriblər. Elə bu səbəbdən məcburi köçkünlər bir neçə gecəni küçələrdə keçirmək məcburiyyətində qaldıqlarını qeyd ediblər. Məcburi köçkünlər artıq məsələ ilə bağlı Mingəçevir şəhər İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinin yerli şöbəsinə müraciət etdiklərini, lakin onların müraciətlərinin cavabsız qaldığını deyirlər. Belə görünür ki, onlar hələ küçələrdə çox gecələməli olacaqlar. Mingəçevir şəhər İcra Hakimiyyətindən də məsələni təsdiqlədilər və bildirdilər ki, bu gün ərazi üzrə “Dövlətqaçqınkom”un nümayəndələri, İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin işçiləri orada olublar. İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rəsul Paşayev açıqlamasında bu gün həmin əraziydə olduqlarını bildirib. O heç də məcburi köçkünlərin dediyi kimi, binanın qəzalı və insan həyatı üçün təhlükəli vəziyyətdə olmadığını vurğulayıb. “Bina qəzalı vəziyyətdə deyil. Sadəcə zavod çoxdandır fəaliyyət göstərmir, ona görə də orada təmir işləri aparıılmır. Binada xırda təmir işlərinə ehtiyac var ki, biz də bununla bağlı şəhər İcra Hakimiyyətinin adından “Azərkabel” Zavodunun rəhbərliyinə məktub göndərmişik”. R.Paşayev burada əsas məsələnin başqa olduğunu vurğulayıb. “Onlar sadəcə Mingəçevirdə məcburi köçkünlər üçün tikilən qəsəbəyə köçmək istəyirlər. Amma həmin qəsəbə məktəblərdə və fin tipli qəsəbələrdə yaşayan məcburi köçkünlər üçün nəzərdə tutulub. Onlara oradan ev düşmür”. Rəsul Paşayev həmçinin qeyd edib ki, həmin ailələr evlə təmin olunmaq istəyirlərsə, “Dövlətqaçqınkom”a müraciət etsinlər. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Məskunlaşma, Miqrasiya və Məşğulluq şöbəsinin müdiri Sənan Hüseynov isə saytımıza bildirib ki, onlar hər zaman məcburi köçkünlərin həyat şəraitlərinin yaxşılaşdırılması üçün çalışırlar. “Bu məsələ ilə bağlı bizə hər hansı müraciət daxil olmayıb”. Mingəçevirin deputatı Aydın Mirzəzadə isə hazırda seçicilərlər görüş keçirdiyini, məsələdən xəbərsiz olduğunu deyib. O, bu məsələ ilə maraqlanacağını da bildirib. Aytən ƏLİYEVA/Modern.az Geri dön |