Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > TDT-də mədəni abidələrin monitorinqini aparan qurumun yaradılması təklif edilib
TDT-də mədəni abidələrin monitorinqini aparan qurumun yaradılması təklif edilib |
UNESCO və digər bəzi beynəlxalq təşkilatlarda qərəzli yanaşmalar olur, ancaq biz bu platformalardan uzaq durmamalı, əksinə haqq səsimizi daha ucadan deməliyik.
Bunu ADA Universitetində keçirilən "UNESCO prespektivindən Türk dünyasının tarixi və mədəni irsinin araşdırılması və qorunması" adlı konfransda Türk Akademiyasının Prezidenti Şahin Mustafayev deyib. O bildirib ki, UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına Türkiyənin 21, Özbəkistanın 7, Qazaxıstanın 6, Azərbaycanın 5, Qırğızıstanın 3 abidəsi daxil edilib: "Ümumilikdə Türk dünyasının 47 qeyri-maddi mədəniyyət abidəsi bu siyahıya daxil edilsə də, Fransanın 52, Çinin 57 abidəsi yer alır. Lakin eyni zamanda, Anadolu, Qafqaz regionları sivilizasiyanın qədim məskənlərindəndir və buradakı abidələrin daha geniş tanıdılmasına ehtiyac var. Bunun üçün düzgün strateji yol hazırlamalıyıq. Bu isə TDT-nin, müvafiq dövlət qurumlarının, geniş ictimaiyyətin birgə fəaliyyəti nəticəsində həyata keçirilə bilər". Şahin Mustafayev çıxışında ortaq mədəniyyətin qorunması və təşviqi ilə bağlı təkliflərini də səsləndirib. O deyib ki, TDT ölkələri ortaq türk mədəniyyətinin qorunması ilə bağlı dövlətlərarası müqavilə və ya konvensiya imzalaya bilər, həmçinin, bu abidələrlə bağlı monitorinq aparacaq qurum yaradıla bilər ki, bunun da fəaliyyəti UNESCO-nun Mədəni İrs Komitəsinin fəaliyyətinə bənzəyə bilər: "Həmçinin TDT-nin 2040-cı il vizyonunda müəyyən edilmiş Türk dünyasının Qeyri-maddi mədəni irs siyahısının tərtibi və bunun üçün koordinasiya orqanın yaradılması vacibdir". Geri dön |