Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Bunu Avropa İttifaqının son qərəzli qətnaməsinə Britaniyanın vurduğu sərt sillə də saymaq olar
Fərəc Quliyev:Bunu Avropa İttifaqının son qərəzli qətnaməsinə Britaniyanın vurduğu sərt sillə də saymaq olar |
Azərbaycan bütün dünyada yüksək qiymətləndirilən ticarət yolları üzərində yerləşir. Böyük Britaniya Xəzər dənizindən Mərkəzi Asiyaya və Türkiyədən Qara dənizə və Avropaya yeni bağlantıların açılmasına dəstək verməyə davam edəcək.
Bu sözlər Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Rişi Sunakın Prezident İlham Əliyevə məktubunda yer alıb. “Bugünkü Qlobal Bakı Forumunda Sizin qonaqlarınız BMT-nin Nizamnaməsində təsbit olunmuş ortaq təhlükəsizliyimizi və firavanlığımızı müdafiə edən, həmçinin bu gün bir çox tərəflərdən təzyiqlərə məruz qalan həmin ümumi prinsiplər və dəyərlər barədə düşünə bilərlər”- məktubda deyilir. Avropanın əksər strukturlarının Azərbaycana qərəzli münasibətinin fonunda Böyük Britaniya hər zaman bizə qarşı obyektiv mövqeyi ilə seçilir. İki gün əvvəl Aİ parlamenti bizimlə bağlı növbəti qərəzli mövqeyini ortaya qoydu. Avropa struktirlarında təmsilçiliyi olmayan Böyük Britaniyanı Azərbaycanla bağlı mövqeyinin digər Qərb ölkələrindən fərqli olmasının səbəbi nədir? Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Böyük Britaniyanın mövqeyi təəccüblü deyil: “Bu ölkə Azərbaycanla uzun müddətdir ki, strateji tərəfdaşlıq edir. Ən ciddi məqamlarda belə, öz sifətini yaxşı mənada göstərib. 44 günlük müharibə zamanı bizim məsələmiz BMT-də müzakirə ediləndə, Böyük Britaniya veto hüququndan istifadə etdi. Bizə qarşı tətbiq etmək istədikləri sanksiyanın qarşısını aldı. Halbuki, Azərbaycan öz gücünə BMT-nin 4 qətnaməsini icra edirdi. Onlar məsələni qlobal mənada dəyərləndirirlər. Azərbaycan və Türkiyə dünyanın qəlbi deyilən ərazidə yerləşir. Kim burada ciddi mövqeyə yiyələnərsə, dünyada söz sahibi ola bilər. Britanitanın klassik yanaşması var ki, “daimi dost və düşmən yox, daimi maraqlar var”. Başa düşürlər ki, bu əməkdaşlıq hər iki tərəf üçün əhəmiyyətlidir. Mən 2005-ci ildə anqlo-saks assambleyası yaratdım. Həmin vaxt buna çox qəribə baxırdılar. Düşünürdülər ki, bu, qlobalist baxışdır. Ancaq mən bu gün də hesab edirəm ki, türklərlə anqlo-saks etnoslarının qurduğu dövlətlər mütləq mənada müttəfiqlik münasibətlərində olmalıdır. Türk dövlətləri, hətta Rusiyanın daxilində olan türk zolağı olduqca əhəmiyyətlidir. Hamı buranı qazanmağa çalışır. Çünki karbohidrat ehtiyatları, “İpək yolu” bura düşür. Qiymətli metallar bu çoğrafiyada daha çoxdur. Böyük Britaniya Avropa İttifaqını tərk etdi. Səbəb kimi də bunu dedi ki, onu gətirib cırtdan ölkələrlə eyni tərəziyə qoyurlar, hətta yeri gələndə səsini belə eşitmirlər. Böyük ölkələrin davaları gedəndə din faktoru arxada qalır. Avropa təsisatları eyni basqıları Britaniyaya da etdi. Məktubda qeyd edilir ki, BMT nizamnaməsində təsbit olunan ortaq təhlükəsizliyimizi müdafiə etmək məsələsi çox mühümdür. Onlar demək istəyir ki, birgə səylərimizlə çox şeyə nail ola bilərik. Britaniya anqlo-saksların “ata ocağı”dır. Hətta ABŞ-dakılar onlardan məsləhət almadan iş görmürlər. Son vaxtlar Fransanın bizə qarşı hücuma keçməsi fonunda belə açıq mətnli məktubun bizə göndərilməsi olduqca əhəmiyyətlidir. Bunun arxasında real addımlar durur. Bununla biz həm də Avropa təsisatlarının basqılarının azalmasına nail olacağıq. Açıq şəkildə onlarda Britaniyanın fərqi görsənir. Britaniya bir daha sübut etdi ki, haqlı tərəf kimi bizim yanımızdadır. Bunu Avropa İttifaqının son qərəzli qətnaməsinə Britaniyanın vurduğu sərt sillə də saymaq olar”. Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com Geri dön |