Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Günəş küləyinin sürətinin artacağı gözlənilir
Günəş küləyinin sürətinin artacağı gözlənilir |
Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan verilən məlumata görə, Günəş fəallığı orta səviyyədə olub, 10 santimetr dalğa uzunluğunda radioalışmalar baş verib. Bir neçə tac kütlə atılması (TKA) qeydə alınıb. Günəşin səthində 86 ləkə və böyük tac dəliyi müşahidə edilir. Günəş küləyinin maksimal sürəti saniyədə 658 kilometrədək artıb. Hazırda Günəş küləyinin sürəti normaldır (295 km/san). Radiasiya (proton) qasırğası baş verib, geomaqnit qasırğası baş verməyib. Hazırda kosmik hava sakitdir. Günəş küləyinin sürətinin martın 20-də artacağı gözlənilir. TKA-nın təsirilə martın 20-də G1 (zəif) geomaqnit qasırğasının baş verməsi ehtimalı var. Həmçinin tac dəliyindən çıxan yüksəksürətli zərrəciklər selinin martın 24-də Yerə təsiri gözlənilir. Geri dön |