Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran raketlərinin hədəfi "Şahdəniz" olacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > İran raketlərinin hədəfi "Şahdəniz" olacaq

İran raketlərinin hədəfi "Şahdəniz" olacaq


İran raketlərinin hədəfi "Şahdəniz" olacaq
ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirov sensasiyalı bəyanat səsləndirib


Avronest-in Enerji Komitəsinin Bakıda keçirlən iclasında iştirak edən ARDNŞ-nin vitse-prezidenti Elşad Nəsirov sesnsasiyalı bəyanat səsləndirib. “Modern.az”ın məlumatına görə, Azərbaycanın beynəlxalq enerji layhələrində iştirakı ilə bağlı risklərə toxunan vitse-prezident bildirib ki, bunun üçün Avropanın investisiya marağı əsas şərtdir. “Nabukko” layihəsinin perspektivləri ilə bağlı danışan ARDNŞ rəsmisi deyib ki, bəziləri ticari münasibətləri qarışdırılar.

Onun sözlərinə görə, enerji sahəsində ticarət tamam ayrı anlayışdır. E.Nəsirovun sözlərinə görə, Türkmənistan qazının Xəzər dənizi vasitəsilə Avropaya daşınması barədə müqavilə ilk olaraq Avropa ölklərinin özlərinin marağında olmalıdır. O qeyd edib ki, Avropa bu layihə üçün lazımı vəsaitin olmadığını bildirir. “İraqda hərbi əməliyyatlara gündə 1 milyard dollar sərf olunurdu. Üç həftəlik bu xərclər həmin layihəyə qoyulacaq məbləğ qədərdir”-deyə E.Nəsirov bildirib.

Daha sonra dünya ölkələrinin İrana qarşı tətbiq etdiyi sanksiyalara toxunan ARDNŞ rəsmisi bir sıra maraqlı məqamlara aydınlıq gətirib.

“Bizdən İranı “Şahdəniz” yatağından kənarlaşdırmağı istədilər. Əgər İran konsorsiumda iştirak etməsəydi, Xəzərin mübahisəli ərazilərində neft istehsal edə bilməzdik”-deyə vitse-prezident qeyd edib.

Daha sonra İranla bağlı beynəlxalq gərginliyə toxunan ARDNŞ rəsmisi gözlənilməz detalları açıqlayıb. “Bu gün İrana qarşı hərbi əməliiyatlar barədə danışılır. Bu əməliyyatlar başlasa, İran raketləri ABŞ-a gedib çatmayacaq. İsrailin də çox güclü hava hucumundan müdafiə sistemi var. İran Rusiyanı vurmayacaq, Ermənistana da toxunmayacaq. O zaman ortada kim qalır?”-deyə iclasa sual edən ARDNŞ-nin vitse-prezidentinin sözləri şok efekti yaradıb. “İran raketlərinin hədəfi “Şahdəniz” yatağı olacaq. Onlar Avropanı eneryi ilə təmin edən ilkin təbii enerji mənbələrinə zərbə vuracaqlar”-deyə E. Nəsirov vurğulayıb.

Geri dön