Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ermənistan və Rusiya münasibətlərindəki vəziyyət nikbinlik yaratmır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Ermənistan və Rusiya münasibətlərindəki vəziyyət nikbinlik yaratmır

Ermənistan və Rusiya münasibətlərindəki vəziyyət nikbinlik yaratmır


Ermənistan və Rusiya arasında münasibətlərdəki vəziyyət Ermənistan rəhbərliyinin Rusiya Federasiyası ilə münasibətləri bilərəkdən pozan mövqeyinə görə nikbinlik yaratmır.

Bu barədə martın 28-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın “İzvestiya” nəşrinə müsahibəsində deyib.

"Ermənistanda mən artıq mövcud vəziyyəti şərh etməli oldum, bu, təbii ki, nikbinlik yaratmır. Ermənistan rəhbərliyi, açığını desəm, son üç-üç il yarımın tarixini təhrif edərək, uydurma bəhanələrlə, bilərəkdən Rusiya Federasiyası ilə münasibətlərin pozulmasına gətirib çıxarır", - deyə nazir bildirib.

Lavrovun sözlərinə görə, İrəvanın bu kursu Gümrüdəki 102-ci hərbi bazada xidmət edən Rusiya hərbçilərinш, sərhədçilərinш, eləcə də bütövlükdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) rüsvay etməklə özünü göstərir.

Nazir qeyd edib ki, İrəvanda qeyd etmirlər ki, məhz KTMT çətin vəziyyətlərdə Ermənistanın maraqlarını dəfələrlə müdafiə edib və 2021-ci ildə Azərbaycanla münasibətlərindəki gərginliyi azaltmaq üçün bu ölkəyə öz sülhməramlı missiyasını göndərməyə hazır olub. Xarici İşlər Nazirliyi qeyd edib.

O xatırladıb ki, bu missiyanın mandatı 2021-ci ilin payızında İrəvanda keçirilən nazirlərin görüşündə tam razılaşdırılıb, bundan sonra Ermənistanın baş naziri Nikol Paşinyan konsensusun olmadığını bəyan edib və Aİ-nin oxşar missiyasını ölkəyə çağırıb.

S.Lavrov əlavə edib ki, sonradan bu missiya ikiqat artırıldı və indi Norveç, Kanada və ABŞ-dan hərbi personal ora göndərilir və bu, Aİ missiyasını NATO missiyasına çevirir.

“Son bir neçə ilin bütün bu hekayəsi cənab Paşinyan, onun əməkdaşları və Ermənistan parlamentinin rəhbərliyi tərəfindən təhrif edilir”, - deyə Rusiya XİN rəhbəri yekunlaşdırıb.

Geri dön