Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ABŞ-da Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş kitab çap olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > ABŞ-da Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş kitab çap olunub

ABŞ-da Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş kitab çap olunub


ABŞ-da “Cənubi Qafqazda öz müqəddəratını təyinetmə hüququ: Dağlıq Qarabağ kontekstdə” adlı kitab nəşr olunub.kitabın müəllifi Nyu-Yorkda yaşayan soydaşımız, hüquq elmləri doktoru Bəhruz Balayevdir.

Kitaba “Azərbaycan gündəliyi” əsərinin müəllifi, Montana Universitetinin professoru Tomas Qolts və hüquq professoru Ziqfrid Vissner öz söz yazıblar. Kitabda beynəlxalq hüquqda müqəddəratını təyin etmə və ərazi bütövlüyü anlayışları arasında münasibətlər Qafqaz regionu kontekstində nəzərdən keçirilib. Bu təhqiqat Qafqaz regionunda müxtəlif münaqişələri – Dağlıq Qarabağ, Cənubi Osetiya, Acarıstan, Abxaziya və Çeçenistan - əhatə edir və konfliktlərin müqayisəli təhlili aparılır.

Müəllif Dağlıq Qarabağ münaqişəsinin hüquqi statusunu analiz edir və diqqəti sovet psixologiyasına, Ermənistanın işğalçı siyasətinin hüquqi nəticələrinə cəlb edir.

Geri dön