Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dekabrın 15-i Türk Dili Günü kimi qeyd edilə bilər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Dekabrın 15-i Türk Dili Günü kimi qeyd edilə bilər

Dekabrın 15-i Türk Dili Günü kimi qeyd edilə bilər


Dekabrın 15-i beynəlxalq müstəvidə Türk Dili Günü kimi elan edilmədir. Bu təklif Türk Dövlətləri Təşkilatının gündəliyinə salınacaq. Ümidvaram ki, təklifimiz təşkilata üzv dövlətlər tərəfindən dəstəklənəcək.

Bu fikri açıqlamasında Türk Dili Qurumunun sədri professor Osman Mert səsləndirib.

O xatırladıb ki, 1893-cü il dekabrın 15-də danimarkalı alim Vilhelm Tomsen Orxon çayı sahilində daşların üzərində yazılmış yazıları oxuya bilib.

Alimin türk yazı mədəniyyəti və əlifbası barədə kəşfi ilə dünya elminə dəyərli töhfə verdiyi vurğulayan O.Mert deyib: “Şübhəsiz ki, türk dili bizi birləşdirən ən böyük dəyərlərdən biridir. Orxon abidələri isə hər bir türkün “bizim” deyə biləcəyi ümumi yaddaşdır. Bu səbəbdən dekabrın 15-ni mühüm bir tarix kimi qəbul edilməsini təklif edirik. Bütün türkdilli dövlətlərdə qısa müddətdə Türk Dili Gününün qeyd olunacağına inanıram”, - deyə qurumun sədri bildirib.

Ramin Abdullayev

Geri dön