Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Paris və Berlinin imkanı olsa,bugün NATO və ABŞ-dan da üz döndərib, Rusiyaya doğru meyllənərlər
Fərəc Quliyev:Paris və Berlinin imkanı olsa,bugün NATO və ABŞ-dan da üz döndərib, Rusiyaya doğru meyllənərlər |
Fransa 2024-cü ilin fevralında Rusiyadan ən çox qaz alan ölkə olub. Yəni həmin dövrdə Fransa Rusiya qazının əsas alıcısına çevrilib.
Bu barədə “RİA Novosti" məlumat yayıb. Belə ki, fevral ayında Fransa Rusiyadan 322,3 milyon maye qaz (LNG) alıb ki, bu da yanvar ayı ilə müqayisədə 10 faiz çoxdur. Maraqlıdır, bir tərəfdən, Ukrayna məsələsinə görə, Rusiyaya sanksiya tətbiq edən, hətta fransız qoşunlarının Ukraynaya göndərilməsindən danışan Paris, digər tərəfdən, Moskvadan ən çox qaz alan bir ölkəyə çevrilib. Bu isə Parisin ikiüzlü siyasət yürütdüyünün bariz nümunəsidir. “Fransanın imkanı olsa, ABŞ-dan üz döndərər” Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bildirir ki, Fransanın bu sayaq münasibət sərgiləyəcəyi gözlənilən idi: “Qərbdə kollektiv maraqlarla yanaşı, hər dövlətin öz marağı da var. Təkcə Fransa yox, digər Avropa ölkələri də bir tərəfdən sanksiyalara qoşulur, digər tərəfdən də Rusiya ilə münasibətlər qurur. Məlum oldu ki, bir çox Qərb dövlətləri Rusiya silah sənayesi üçün detallar verməkdə davam edir. Fransa və Almaniyanın isə Rusiya ilə xüsusi münasibətləri tarixən olub. Paris və Berlinin imkanı olsa, bu gün NATO və ABŞ-dan da üz döndərib, Rusiyaya doğru meyllənərlər. Parisin hər zaman kollektiv maraqdan çox öz marağını üstün tutub”. “Fransa hər zaman imzası və sözünə sadiq olmayan dövlət kimi özünü göstərib” Partiya sədrinin fikrincə, Fransanın indiki vəziyyətdə Rusiyadan ən çox qaz alan ölkə olması onu göstərir ki, kollektiv maraqlar deyilən məsələnin özü də əslində Parisin özəl maraqlarına xidmət edən məsələlərdir: “Bu gün Parisin İrəvanla münasibətinin kökündə Türkiyəyə olan düşmən münasibəti dayanır. Belə məqamda Paris ikili oyun oynamağı sevir. Fransa kimi dövlətlər hər an müttəfiq saydıqları dövlətləri belə sata bilərlər. Bunu Amerikada da bilirlər. ABŞ Avropada Fransa ilə Almaniya arasında lider olmaq uğrunda mübarizə olduğunu başa düşür və bu müstəvidə Berlinin önə çıxmasında maraqlıdır. Paris də buna görə Rusiyadan daha çox qaz alan ölkəyə çevrilmək kimi hərəkətlərilə Amerikaya, NATO-ya dirsək göstərmək istəyir. Vaşinqton ABŞ olmasa Avropanın Rusiya qarşısında aciz olduğunu göstərdiyi kimi, Paris də istəsələr Moskva ilə müttəfiqlik edə biləcəklərini göstərir”. Digır tərəfdən, həmsöhbətimizə görə, Parisin sanksiyalara rəğmən digər Avropa ölkələrilə müqayisədə Rusiyadan ən çox mavi yanacaq alması daxildə sosial məsələlərin sahmana salınmasına, seçkilərə hesablanmış addımdır: “Fransa hər zaman imzasına və sözünə sadiq olmayan dövlət kimi özünü göstərib. Bunun bariz nümunəsini Parisin ATƏT-in Minsk qrupunda sərgilədiyi mövqeyində də gördük. Sabah Bakı və Ankara ilə İrəvan arasında yaxınlıq olarsa, Paris eyni hərəkəti Ermənistana qarşı da atacaq”. Rüfət Sultan, Bizim.Media Geri dön |