Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyə ilə Yunanıstan sərhədində yeni körpü tikiləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > Türkiyə ilə Yunanıstan sərhədində yeni körpü tikiləcək

Türkiyə ilə Yunanıstan sərhədində yeni körpü tikiləcək


Türkiyə və Yunanıstan Meriç çayı ərazisində iki ölkənin nəzarət-buraxılış məntəqələrini birləşdirən yeni körpünün tikintisi ilə bağlı razılığa gəliblər.

Yeni 811 metrlik dörd zolaqlı körpünün inşasına bu il başlanacaq. Konstruksiya, 1958-ci ildə tikilmiş köhnə iki zolaqlı körpü ilə yanaşı fəaliyyət göstərəcək.

Türkiyənin Yunanıstan ilə həmsərhəd olan Edirne əyalətinin qubernatoru Yunus Sezer bildirib ki, mövcud körpü artıq Türkiyənin artan beynəlxalq ticarət həcminin öhdəsindən gələ bilmir və bununla əlaqədar iki ölkənin hakimiyyət orqanları tərəfindən yeni nəqliyyat layihəsinin həyata keçirilməsi barədə qərar qəbul edilib. İnşaat işləri hər iki tərəfindən maliyyələşdiriləcək.

Geri dön