Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Bakıda sənədsiz evlərin qiyməti ucuzlaşır?
Bakıda sənədsiz evlərin qiyməti ucuzlaşır? |
Bakıda sənədsiz evlərin ucuzlaşması barədə yayılan məlumatlar inandırıcı deyil.
Bu barədə "MBA Consulting Group” şirkətinin direktoru Nüsrət İbrahimov deyib. O qeyd edib ki, sənədsiz evlərin ucuzlaşması ilə bağlı məlumat yayanların bəlkə də hanısa məqsədləri var. “Nəyə görə inandırıcı deyil? Sənədsiz evləri kimlər tikir? Vətəndaşlar tikir və öz yaşayışları üçün tikirlər. Sənədli ev almaq üçün vətəndaşların imkanı çatmır və gedir sənədsiz torpaq alır, üzərində sənədsiz ev tikərək yaşayır. O evi də satanda ən azı çəkdiyi xərci üzərinə qoyub satır. Sənədsiz evlərin satılması da qanuni baxımdan mümkün deyil. Yəni bu evin çıxarışı yoxdur, təsdiqedici sənədi yoxdur. Necə sata bilər onu? Onun satılması da qanunsuzdur”, - deyə o, əlavə edib. N.İbrahimov bildirib ki, ümumilikdə mənzil bazarında durğunluq müşahidə olunur. "Hazırda havaların istiləşməsinə baxmayaraq, mənzil bazarında, həyət evlərinin satışında aktvliyin artması hiss edilmir. Mənzil bazarına axın yoxdur. Ümumiyyətlə notariuslarda qaydalar sərtləşdiriləndən sonra, yəni, 20 min manatdan artıq ödəniş olduqda pulun mənbəyi haqda məlumat təqdim etmək tələb edildikdən sonra, bazarda aktivlik aşağı düşdü. Bazarda hələ ki, durğunluq var, artım-azalma müşahidə olunmur", - deyə o, vurğulayıb. Geri dön |