Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > AİB-in Orta Dəhliz üzrə panel müzakirələri başlayıb
AİB-in Orta Dəhliz üzrə panel müzakirələri başlayıb |
Asiya İnkişaf Bankının (AİB) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən illik toplantısında Orta Dəhliz üzrə panel müzakirələri başlayıb.
“Bağlantıların gücləndirilməsi: Avropa Əlaqələri Dəhlizi (Bərpa olunan Enerji və Rəqəmsal Bağlantı) (Avro-Asiya Bağlantısının Yenidən Formalaşdırılması)” mövzusunda keçiriləcək sessiya zamanı iştirakçılar tarixi ticarət yollarını canlandırmaq üçün təkliflər verməklə iqtisadi artımı və regional inteqrasiyanı stimullaşdırmaq üçün Orta Dəhlizin potensialını araşdıracaqlar. Tədbirdə Azərbaycanı maliyyə naziri, AİB Rəhbərlər Şurasının üzvü Samir Şərifov təmsil edir. Qeyd edək ki, mayın 2-5-də keçiriləcək 57-ci illik toplantının mövzusu “Gələcəyə Körpü”dür. İdarəedicilər Şurasının ilk iclası mayın 4-də baş tutacaq. Bununla illik toplantının rəsmi başlanğıcının açılışı olacaq. Bu, ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir. AİB prezidenti Masatsuqu Asakava və Gürcüstanın maliyyə naziri, eləcə də, AİB Rəhbərlər Şurasının sədri Laşa Xutişvili bəyanatlarla çıxış edəcəklər. İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okean regionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdən keçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə min iştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi bankların rəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorun nümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, gənclər, elm və media nümayəndələri iştirak edir. Geri dön |